Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilir

Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilir"Azərbaycan və Ukrayna arasında uzunmüddətli dostluq əlaqələri var. Bu gün gəncəlilər Ukrayna xalqına humanitar yardım göndərir".
KONKRET.az xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısın müavini Adil Tağıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gəncənin Ukraynanın bir çox şəhərləri, sənayə müəssisələri, mədəniyyət mərkəzləri ilə geniş əlaqələri var: "Bu əlaqələr xətti üzrə köməyə ehtiyac barədə istəkləri olub. Biz qədirbilən, dostsevən gəncəlilər bu çağırışa biganə qala bilməzdik. Ona görə bu gün Gəncə adından 35 ton, əsasən ərzaq məhsulları olmaqla Ukraynaya humanitar yardım göndərilir".
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov isə bildirib ki, bu gün Bakıdan Ukrayna xalqına növbəti dəfə humanitar yardım göndərilir. Bakı və Kiyevin qardaşlaşmış şəhərlər olduğunu bildirən şöbə müdiri humanitar yardıma 66 ton çox saxlanıla bilən ərzaq məhsullarının daxil olduğunu vurğulayıb.
Qeyd edək ki, qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərilir.
Ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bu gün saat 16:30-da Ukraynanın ölkəmizdəki səfiri, Bakı və Gəncə şəhərləri icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Hökuməti, həmçinin Bakı və Sumqayıt şəhərləri tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət 807 tonluq humanitar yüklər göndərilib.

Siyasi       Tarix: 03 avqust 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum xeberler azerbaycan valyuta mezenesi en son xeberler bu gun