Azərbaycanı beynəlxalq arenada tanıdan rəssam Tahir Salahov - FOTO

Azərbaycanı beynəlxalq arenada tanıdan rəssam Tahir Salahov - FOTOAzərbaycanı beynəlxalq arenada tanıdan rəssam Tahir Salahov - FOTO
Tahir Salahovla ilk tanişlığım 1991-ci ilin may ayında Moskva şəhərində SSRİ Rəssamlar İttifaqının binasında birinci katib işlədiyi  zamana təsadüf etdi.
Tanışlığımıza səbəbkarlar Azərbaycanın Xalq Rəssamı Elbəy Rzaquliyev, əməkdar rəssam Nazim Babayev və bu gün də Almaniyada yaşayan soydaşımız Marqarita Kərimova-Sokolovanın Almaniyaya sərgiyə yola düşmək ərəfəsində oldu. Tahir Salahov hələ SSRİ dönəmində Azərbaycan Rəssamlarını müxtəlif mədəni tədbirlərdə və sərgilərdə iştirak etmələrinə dəstək olaraq demək olar ki, lobbiçilik siyasətini həyata keçirirdi.
Görkəmli rəssamla növbəti görüşüm Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuş  2001-ci ildə Dünya Azərbaycanlılarının 1-ci qurultayında oldu. Qurultay zamanı Tahir Salahovun soydaşlarımızla keçirdiyi görüşlər və verdiyi tövsiyələr diasporun inkişafında önəm daşıyırdı.
Azərbaycanı beynəlxalq arenada tanıdan rəssam Tahir Salahov - FOTO2018-ci ilin dekabr ayında Bakı Expo mərkəzində yubiley sərgisində iştirak edən dövlət başçisı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Tahir Salahov, şəxsi kataloqunu hədiyyə edərək, yekunda biz iştirakçilara da öz minnətdarlığını bildirdi.
Fırça ustası xarici ölkələrdə olduğu zaman müxtəlif mövzularda rəngli boya ilə yaratdığı əsərləri əslində dostluq simvolunu təsvir etməklə Azərbaycanı daim tərənnüm edir, həm də beynəlxalq arenada təmsil edir.
Əsərlərindəki milli çalarlar, multikultural dəyərlər Azərbaycan sevdalısı olmağını özündə əks etdirir. Onun dünyanın məşhur şəxsləri ilə görüşləri arasında nümunə üçün aktrisa Anastasiya Kinskayanın da Azərbaycana və azərbaycanlı rəssama maraq göstərməsi qürurvericidir.
Bu sətirləri qələmə aldıqda tələbələrimdən biri, hal-hazırda Moskva Xalqlar Dostluğu universitetinin doktorant – müəllimi Məmmədəli Həsənovla görüşdüm. Əslən Tovuzdan olan M.Həsənov ermənilərin növbəti təcavüzündən söhbət açaraq, Azərbaycan diasporunun Rusiyada mövqeyindən danışdı. Yazdığım məqaləyə münasibət bildirən Məmmədəli arzularını şərh etdi:
"Tahir Salahovla Moskva muzeyləri və qalereyalarında təqdim olunan əsərləri ilə tanışlığım ən xoş xatirəmdir. Soydaşımızın Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyində təmsil olunması ilə yanaşı Azərbaycanlı incəsənət xadimlərinə daim dəstəyi haqda eşitdiyimdən onunla əyani tanışlığa fürsət axtarırdım. Bu fürsətin Diasporla iş üzrə Dövlət komitəsi tərəfindən ərsəyə gəlməsinə inamımı artırdı. Tanışlıqda əsas məqsədim Azərbaycan adına gördüyü işlərə təşəkkürlə yanaşı, Bakıda Tahir adlı gənc rəssam dostum haqda ona danışmaq idi. Gənc rəssamın iş manerası, davranış və ünsiyyət mədəniyyəti sanki mənə filmlərdə gördüyüm Tahir Salahovu canlandırırdı.
Görkəmli xadimlə Bakıda görüşüb dostum haqqında danışmaqla yanaşı onun İçəri şəhərdəki ev-muzeyini ziyarət etmək arzum idi. Yəqin bu günlərdə Qarabağın azadlığı qələbəsindən ruhlanan görkəmli rəssamımız yeni əsərləri ilə biz gəncləri sevindirəcək. Bizlərdə öz növbəmizdə Tahir Salahovun həyat salnaməsindən nümunə götürərək çalışdığımız sahələrdə vətənə, xalqımıza faydalı olacağıq. Tahir Salahovla görüşmək ümidi ilə, fikrini bitirərək maraqlı mövzuya görə təşəkkürünü bildirdi".
P.S.  Tahir Salahov həqiqətən Azərbaycanımızın fəxridir. Hətta iki gün öncə qərib eldə-uzaq Almaniyada görkəmli rəssami yaxalayan ölüm də onu bu statusdan məhrum edə bilmir. Çünki Tahir Salahov kimi böyük sənətkarlar hər zaman mənsub olduqlari xalqın fəxridirlər.
Alman-Azərbaycan Cəmiyyətinin sədri, 
Professor Çingiz Abdullayev

Siyasi       Tarix: 23 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat