Azərbaycanı niyə qısqanırlar? – ŞƏRH

Azərbaycanı niyə qısqanırlar? – ŞƏRH Azərbaycanı niyə qısqanırlar? – ŞƏRH
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzinin və ikili standartlarla yanaşmasının səbəbləri sırasında qurumun ermənipərəst qüvvələrə geniş qucaq açması da yer alır.  
Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında AŞPA-nın Azərbaycana qərəzli münasibətindən, qurumun mötəbərlilik statusunu itirməsindən danışarkən həmin məqamlara diqqət çəkib.
"Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır", - deyə Prezident əlavə edib.
AŞPA-nın ermənipərəst qüvvələrin əlində alətə çevrilməsinin nəticəsidir ki, Azərbaycana qarşı ikili yanaşma sərgiləyir.
Azərbaycanın son illər qazandığı uğurlar, beynəlxalq aləmdə siyasi çəkisinin artması ilk növbədə Ermənistanı və onun havadarlarını qıcıqlandırır.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir.
Azərbaycan dünyada artıq "orta miqyaslı" ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir.
Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycanın bu gün nüfuzlu beynəlxalq və regional layihələrin lokomotivinə çevrilməklə Ermənistanı mühüm layihələrdən kənarda qoyub.
Təbii ki, bu meyllər Ermənistan və erməni lobbisini, onların maraqlarına xidmət edən AŞPA kimi qurumlarda qısqanclıq yaradır.
Onlar üçün belə tendensiya Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənməsini şərtləndirir, bu, Dağlıq Qarabağa münaqişəsinə münasibətdə də öz parlaqlığı ilə seçilir.
Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış edib, bir sıra nüfuzlu beynəlxalq tədbirlər və zirvə görüşləri Azərbaycanda keçirilib.
Azərbaycanın NATO və Rusiya kimi aparıcı qüvvələrin hərbi-siyasi danışıqlar məkanına çevrilməsi böyük güclərin ölkəmizin strateji əhəmiyyətinə və tutduğu mövqeyə verdiyi dəyərin göstəricisidir.
Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. /oxu.az

Siyasi       Tarix: 07 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber