Azərbaycanın artıq daxili təhdidləri yoxdur

Azərbaycanın artıq daxili təhdidləri yoxdurMüstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş" əsasında təsis edilmişdir. Xatırladım ki, 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir. 
Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.
Bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmasların mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur",
Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini də xüsusi qeyd edən Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: "İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır".
Bununla belə, Qərbdəki erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: "Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir".
Tədbirlərdə müstəqil dövlətlərin MDB çərçivəsində əməkdaşlığının müxtəlif aspektlərinə dair bir sıra məsələlər geniş müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, ötən dövrdə ənənələrə uyğun olaraq ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib. 
Akif Rəfiyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Qarabağ müharibəsi veteranı / azxeber.com

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler cəbhədən son xəbərlər 2026 xeber saytlari