Azərbaycanın AŞPA-nı tərk etməsi sülh müqaviləsinin imzalanmasına necə təsir edəcək? - ŞƏRH
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırılması bir sıra suallar yaradıb. Suallardan biri də Avropa qurumları ilə gərginləşməkdə olan münasibətlərin sülh prosesinə necə təsir edəcəyi ilə bağlıdır.
Maraqlıdır, Azərbaycanın nümayəndə heyətinin AŞPA-nı tərk etməsi Brüsseldə aparılan sülh danışıqlarını tormozlaya bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elşad Həsənov bunları deyib:
"Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması üç ildən artıqdır, uzadılır. Bunun səbəblərindən biri də bəzi Avropa dövlətlərinin, xüsusən də Fransanın sülh prosesinə əngəl olmasıdır. Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi qəbuledilməzdir, göstərilən arqumentlər isə ölkəmizin ərazi bütövlüyünə qəsddir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəfələrlə monitorinq aparmasına və yetərli arayışları təqdim etməsinə baxmayaraq, Qərb hələ də ölkəmizi ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini iddia edir".
Ekspert Ermənistanın sülh müqaviləsinin imzalanmasını yubatmaqda maraqlı olduğunu bildirib:
"Nikol Paşinyan dəfələrlə sülh prosesinin uğurla başa çatmasında maraqlı olduğunu iddia etsə də, Ermənistan ordusunun yaranmasının 32-ci ildönümündə bir neçə milyard dollarlıq hərbi silah-sursat aldığını, ordunun yeniləndiyini bəyan etdi. Bu, ermənilərin revanşist xislətinin göstəricisidir. Nəticə etibarilə, həm AŞPA-nın qəbul etdiyi qərəzli qətnamə, həm də Ermənistanın sülh prosesini qəsdən ləngitməsi yaxın zamanda sülh müqaviləsinin imzalanacağına olan ümidləri azaldır".
Fatimə Lətif,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR