Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir
Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası üzv və qonaq qismində iştirak edən ölkələrin malik olduqları imkanların təqdimatı idi.
Azərbaycan Prezidenti İlham Əliyev bu toplantıya ilk dəfə olaraq qonaq qismində qatılmışdı. İclasada ilk söz İlham Əliyevə verildi. Azərbacan Prezidenti Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin artdığını, gələcəkdə daha böyük artımların yüksək potensiala malik olduğunu, yeni kommunikasiya marşrutları qurulduğunu, bu istiqamətdə daha böyük işlər görülməsi üçün planlaşdırılan fəaliyyəti diqqətə çatdırdı. Dövlət başçısı Azərbaycanın ikitərəfli formatda Ermənistan istisna olmaqla Avrasiya iqtisadi birliyinə üzv olan ölkələrlə sıx əlaqələrə malik olduğunu və ticarət dövriyyəsinin keçən il 31 faiz artaraq 4,7 milyard dollara çatdığını bildirib. Dövlət başçısı qeyd edib ki, 2022-ci ildə birliyə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Azərbaycanın şərq-qərb və şimal-cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyini vurğulayan dövlət başçısı ölkənin şimal-cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, ölkənin nəqliyyat logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Həmçinin ölkə başçısı onu da vurğulayıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.
Ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü Azərbaycan tərəfindən irəli sürüldüyünü xatırladan Prezident Azərbaycanda 8 beynəlxalq aeroportun fəaliyyət göstərdiyini də vurğuladı.
Görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışdı. Ancaq cavab çox uğursuz oldu. Prezident onun bütün suallarına konkret və dəqiq cavab verdi. "Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.
Paşinyanın savadsızlığı, çıxış etdiyi tribunanın ciddiliyinin fərqinə varmaması Moskvada bir daha özünü göstərdi. Paşinyan yenə də özünü gülüş hədəfinə çevirdi.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi verdi, beynəlxalq hüququ izah etdi. Bildirdi ki, beynəlxalq siyasi münasibətlərdə "dəhliz" termini heç bir halda ərazi iddiası kimi başa düşülmür. Rusiya Prezidenti Vladimir Putin də dövlətimizin başçısının fikirlərini təsdiqlədi. Prezident İlham Əliyev eyni zamanda vurğuladı ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülh prosesinin inkişaf etdirilməsində mühüm məqamdır.
Nəsir Nəsirli
Abşeron rayon, Fatmayi kənd bələdiyyəsinin sədri / azxeber.com
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi