Azərbaycanın 'Avroviziya' təmsilçiləri: "Seçilməsək də, xoşbəxtik

Azərbaycanın 'Avroviziya' təmsilçiləri: Dünən Azərbaycanın "Avroviziya"dakı təmsilçiləri Tural və Turan Bağmanov qardaşları müsabiqənin ilk yarım finalında Azərbaycanı təmsil ediblər.
azxeber.com APA-ya istinadən bildirir ki, əkizlər final mərhələsinə keçə bilməsələr də, müsabiqənin onlara böyük təcrübə qatdığını deyiblər: "O qədər insanın qarşısında çıxış etmək, onların enerjisini hiss etmək çox gözəl hisslər idi. Seçilməsək də mən yenə də xoşbəxtəm, çox gözəl təcrübə yaşadım. Buna görə minnətdaram. "Avroviziya", bu hekayə, bu təcrübələr bizə çox şey qatdı. Biz qazandığımızı qazandıq"- deyə əkizlərdən Tural Bağmanov bildirir.
Turan isə deyir ki, finala keçməməyi ilə bağlı əvvəlcə biraz pis olsa da, sonradan yaxşı hiss edib.
Əkizlər hazırda Çexiya, ya da Sloveniyanın qalib gəlməsini istədiklərini deyir: "Latviya və Maltanı çox sevirdik. Onların mahnıları çox güclü idi. Ancaq onlar finala keçə bilmədi. İndi istəyərdik ya Çexiya, ya da Sloveniya qalib gəlsin".
Təmsilçilərimiz deyirlər ki, Bakıya qayıdan kimi albom üzərində işləyəcəklər. "Yaxın zaman ərzində albomumuzu buraxacağıq".
"Biz obraz yaradırıq"
Əkizlər mahnı müsabiqəsinin açılış mərasimində geyindikləri geyim tərzinə görə edilən tənqidlər haqqında da açıqlama veriblər: "Tənqid olunmaqdan narahat deyilik. Musiqiçi olan insan, incəsənət insanı buna dözməlidir, kimsə sənə yaxşı da desə, pis də desə. Sən mental olaraq hazır olmalısan, bu sənə təsir etməməlidir. Tezbazar qırılsan olmaz", deyə onlar tənqidə açıq olduqlarını bildiriblər:
"Geyim haqqında onu demək istəyirik ki, biz geyimimizi sevirik. Bizim tənqid edilən o geyimlərimizi biz çox sevə-sevə geyindik. Saçımdan makiyajıma kimi o geyimi mən sevirəm, xoşlayıram. Bu incəsənətdir, geyim də musiqi kimi bir şeydir. Əgər sən o tərzi sevmirsənsə, deməli o sadəcə sənin tərzin deyil. Bu sadəcə olaraq bir obrazdır. Sabah, birisi gün kovboy kimi də geyinə bilərəm. Bu o demək deyil ki, mən Texasdayam, at sürürəm".
Onlar bildiriblər ki, "Avroviziya" müsabiqəsinə hələ ki, təkrar qatılmağı düşünmürlər: "Bir dəfə bunu təcrübə etdik, bizə bəsdir. Bəlkə gələcəkdə fikirləşərik. Maraqlı ola bilər yenidən qatılsaq. Ancaq fikirləşirik ki, hələ ki, bir dəfə bəsdir".
Sonda ifaçılarımız onları dəstəkləyən insanlara təşəkkür ediblər: "Bizi çox dəstəkləyən oldu, bizə sevgilərini göndərən, xoş sözlər yazan insanlar oldu. Biz onların hamısını çox sevirik. Onlar bizə çox dayaq oldular. Biz o insanlara görə özümüzü çox yaxşı hiss edirik".

Şou Biznes       Tarix: 11 may 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri son xeber az zelzele xəbər