Azərbaycanın Baş naziri SpaceX şirkətinin prezidenti ilə görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın "Space Exploration Technologies Corporation" (SpaceX) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb.
Bu barədə azxeber.com-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos sənayesinin inkişafı istiqamətində əldə edilmiş mühüm nailiyyətlər diqqətə çatdırılıb.
Bakı şəhərinin cari ilin oktyabr ayında keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən yüksək səviyyədə tanınmasının bariz nümunəsi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə SpaceX şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi