Azərbaycanın 'Böyük Qayıdış' strategiyası - 2030-cu ilədək

Azərbaycanın 'Böyük Qayıdış' strategiyası - 2030-cu ilədəkMəlum olduğu kimi, ötən gün yenidən işğaldan azad edilmiş Cəbrayıl rayonuna köç karvanı yola salınıb.
Bununla da artıq neçənci dəfədir ki, bu rayona və digər işğaldan azad edilmiş ərazilərə vətəndaşlarımız köçürülür.
İşğaldan azad edilmiş torpaqlarda görülən işlər fonunda dövlətin mühüm siyasi strategiyaları əvəzsizdir.
Bəs, görəsən işğal edilmiş rayonlardakı yaşayış strategiyası cəmiyyətimiz tərəfindən necə qiymətləndirilir? Bu layihələrin icrasından sonra daha hansı dövlət proqramlarının həyata keçirilməsi nəzərdə tutula bilər?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı azxeber.com-a açıqlamasında bildirib ki, Ermənistanın vandalizmi nəticəsində bir milyondan çox soydaşımız doğma yudrlarından zorla qaçqın vəziyyətinə düşüblər:
Azərbaycanın 'Böyük Qayıdış' strategiyası - 2030-cu ilədək"Azərbaycan 27 sentyabr 2020-ci il beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ölkəmizin tarixi zəfəri ilə başa çatdı və Ermənistan baş naziri məğlubiyyətlərinin rəsmiləşdirilməsi olaraq 10 Noyabr kapituliyasiya aktına imza atmağa məcbur oldu. İşğal dövründə Ermənistan Qarabağda vandalizim törətmiş, infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Bununla yanaşı bir milyondan çox soydaşımız öz doğma yurdlarından zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər.
Artıq Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi gücünün təzahürü olaraq ərazi bütövlüyümüzü bərpa edib və işğaldan azad olunmuş ərazilərimiz genişmiqyaslı yenidən qurma işləri fonunda böyük qayıdışa şahidlik edir. Cənab Prezident İlham Əliyevin düzgün və milli maraqlarımıza söykənən siyasət strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir".
Deputat qeyd edib ki, "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub: 
"İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Dönüş proqramları çərçivəsində məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müxtəlif sosial layihələr həyata keçirilir. Bu yeni yaşayış massivlərinin və zəruri sosial obyektlərin tikintisi əhatə edir. Bununla yanaşı bölgə iqtisadiyyatının canlandırılması kontekstində kənd təsərrüfatı, turizm, müxtəlif sənaye sahələrinə investisiyaların təşviq edilməsi istiqamətində hökumətimiz tərəfindən zəruri işlər həyata keçirilir.Tam əminliklə qeyd edə bilərəm ki, işğaldan azad olunmuş bölgələrdə sürətli yenidən qurma işləri nəticəsində insanların gələcəyə olan ümidləri artır, müasir infrastruktur və yaşam şərtlərinin yaxşılaşdırılması onların müsbət gələcəyə olan inamını gücləndir".
Mövzuya geopolitik prizmadan baxan siyasi şərhçi Tural İsmayılov azxeber.com-a açıqlamasında söyləyib ki, işğaldan azad edilmiş hər bir bölgə qarış-qarış yenidən qurulub:
Azərbaycanın 'Böyük Qayıdış' strategiyası - 2030-cu ilədək"Azərbaycan dövləti təkcə torpaqlarını necə işğaldan azad etməyin strategiyasını bütün dünyaya nümayiş etdirən bir ölkə deyil, eyni zamanda işğaldan azad edilmiş bölgələrə ləyaqətli, tam təhlükəsiz şəkildə vətəndaşlarının yüksək səviyyədə yaşayışlarının həmin bölgələrdə təmin edilməsini ustalıqla göstərən bir dövlətdir. Təbii ki, dövlət strategiyamız bu sahədə çox mükəmməl şəkildə işləyir. Əvvəla, işğaldan azad edilmiş hər bir bölgə qarış-qarış yenidən qurulub və orada qayıdacaq insanların bütün həyat standartları və şəraitini ən yüksək səviyyədə təmin edilməsi üçün işlər tam görülür".
Politoloq əlavə edib ki, Azərbaycanın "Böyük Qayıdış" modeli dünya üçün nümunə qismində çıxış edə bilər: 
"İkinci mərhələdə isə artıq o zəruri infrastruktur layihələri həyata keçirildikdən sonra sözügedən ərazilərə qayıdacaq insanların yaşayış şəraitləri bütöv şəkildə təmin olunduqdan sonra vətəndaşlarımızın hissə-hissə həmin bölgələrə qayıdışı prosesi baş verir. Bütövlükdə, "Böyük Qayıdış" Azərbaycanın ortaya qoyduğu fəlsəfədir. Ölkəmizin göstərmiş olduğu çox vacib bir dövlət siyasətidir. Gələcəkdə müharibədən əziyyət çəkən vətəndaşları didərgin olan bir çox ölkələr üçün də Azərbaycanın "Böyük Qayıdış" modeli bir nümunə qismində çıxış edə bilər. O cümlədən, biz bilirik ki, "Böyük Qayıdış"a dair birinci dövlət proqramı qəbul edilib. Bu proses mərhələli şəkildə davam edəcək. Bizim işğaldan azad edilən digər şəhərlərimizdə abadlıq-quruculuq, infrastruktur layihələri ustalıqla icra olunur. Cəbrayıldan başqa hissə-hissə digər işğaldan azad edilən Azərbaycan torpaqlarına da vətəndaşlarımızın tam qayıdış prosesi uğurla gerçəkləşəcək".
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Azərbaycanın 'Böyük Qayıdış' strategiyası - 2030-cu ilədək

Siyasi       Tarix: 01 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


son xeberler yeni xeberler azerbaycan xeberleri en yeni xeberler enson xeberler sonxeber.az son xeberler bugun 2026 canli