Azərbaycanın builki 'Avroviziya' təmsilçisi açıqlandı
ŞOU
Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində JIVA təmsil edəcək. JIVA (Cəmilə Həşimova) azərbaycanlı müğənnidir.
azxeber.com xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.
Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən "Bakı Payızı" müsabiqəsində 2-ci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə "Show Time" layihəsində iştirak edib, 2011-ci ildə isə "Avroviziya" milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.
Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və "Montreux Jazz" festivalında səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.
2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.
Xatırladaq ki, Azərbaycanın "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.
İlkin qiymətləndirmə mərhələsində müraciətlər peşəkar heyət tərəfindən nəzərdən keçirilib və növbəti mərhələyə 18 namizəd dəvət olunub. Onlar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil edilib. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı və beynəlxalq auditoriya üçün potensialı qiymətləndirilib.
Qiymətləndirmələrin nəticəsində üç namizəddən ibarət qısa siyahı (shortlist) formalaşdırılıb. Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupunun qiymətləndirməsi əsasında qəbul olunub və Azərbaycanın builki təmsilçisi kimi JIVA seçilib.
Qeyd edək ki, "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.
Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək