Azərbaycanın bütün məhkəmələrini təmsil edən hakimlər toplanır: Səfa Mirzəyevin yerinə ÜZV SEÇİLƏCƏK
Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı keçiriləcək.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, konfransda Məhkəmə-Hüquq Şurasına hüquq ictimaiyyətinin nümayəndəsi qismində yeni üzv seçiləcək.
Xatırladaq ki, bundan əvvəl Məhkəmə-Hüquq Şurasının hüquq ictimaiyyətinin nümayəndəsi qismində üzvü Səfa Mirzəyev olub. O, iyulun 22-də vəfat edib.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının tərkibi 15 nəfərdən ibarətdir. Onlardan doqquz hakim (hər məhkəmə instansiyasından üç hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində bir üzvü Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir.
Şuranın tərkibində digərlərini isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim, Milli Məclisi tərəfindən təyin edilən şəxs, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs, Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim təşkil edir. Məhkəmə-Hüquq Şurasının üzvlərinin səlahiyyət müddəti beş ildir. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat