Azərbaycanın dünyada 3-cü olduğu meyvə - Xurma bağı necə sığorta edilir?

Azərbaycanın dünyada 3-cü olduğu meyvə - Xurma bağı necə sığorta edilir?Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü ölkədən xaricə ixrac edilən qeyri-neft məhsullarında da göstərir. 
KONKRET.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən Azərbaycandan ən çox ixrac olunan məhsullardan biri də xurmadır. 2023-cü ildə Azərbaycandan xarici ölkələrə 165 min ton xurma ixrac edilib, ixracın ümumi dəyəri 127,2 milyon dollar təşkil edib.
2022-ci illə müqayisədə xaricə ixrac olunan xurmanın həm miqdarı, həm də ixracdan əldə edilən gəlir artıb.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada Çin və Cənubi Koreyadan sonra xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur.  Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13 132 hektar xurma bağı var. Xurma bağlarının böyük hissəsi – 12 774 hektarı ənənəvi üsulla, 358 hektar isə intensiv üsulla salınıb.
Xurma bağları Azərbaycanın bütün regionlarında və demək olar ki, bütün rayonlarında yaradılıb.  Ölkədə ən çox xurma bağları Göyçay (2450 hektar), Şəmkir (1842 hektar)  və Ağdaşdadır (1467 hektar).  Balakən rayonunda 764 hektar, Goranboyda 762 hektar, Xaçmazda 758 hektar, Ucarda 703, Samuxda 637 hektar, Bərdədə 447 hektar, Ağcabədidə 360 hektar xurma bağı var.  Xurma bağlarının sahəsi sürətlə artır, təkcə ötən il 323 hektar yeni xurma bağı salınıb. Xurma bağı salınmasına tələb olunan investisiyanı, dövlət dəstəyini və bağın gətirdiyi gəlirlərin həcmini nəzərə aldıqda, bu bağların müxtəlif risklərdən qorunması olduqca vacibdir.
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır.
Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta 50%-lik dövlət dəstəyi ilə təqdii edilir, yəni bağın sığortalanması üçün hesablanmış sığorta haqqının 50%-ni fermerə dəstək üçün onun əvəzinə dövlət ödəyir, fermer isə bu məbləğin yalnız yarısını, cüzi məbləğ ödəməklə bağını sığorta edir.
Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən, o cümlədən, dolu, yanğın, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma hallarından, eləcə də ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətlərindən sığorta edir.
Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir.
Məsələn, Göyçay rayonunda (mərkəzi Aran regionu – sığorta tarifi 2,18%) yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun baza sığorta zərfi üzrə sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
Bu məbləğ Quba-Xaçmaz bölgəsində 12 manat, Şəki-Zaqatala öregionunda 20 manat, Qazax-Tovuz və Gəncə-Daşkəsən bölgəsində 21,8 manat, Dağlıq Şirvan regionunda 14 manat, Mil-Muğan regionunda 10,9 manat, Lənkəran-Astara bölgəsində cəmi 11 manat təşkil edir.
Fermer və bağ sahibləri baza sığorta zərfindən başqa, əlavə ödəniş etməkdə xurma bağının, şaxtavurma (donvurma), doludan keyfiyyət itkisi, eləcə də bitki xəstəlikləri və ziyanvericililər kimi risklərdən də sığorta edə bilərlər. Eləcə də xurma bağının məhsulu ilə yanaşı, bağdakı ağacları da ayrıca sığorta etmək mümkündür. Bu zaman hadisə baş verərsə məhv olmuş ağaca görə, onun 3 illik məhsulunun dəyəri həcmində sığorta ödənişi verilir.
Əkin sahələri və meyvə bağları üzrə sığorta şərtləri, tarifləri, sığorta haqlarının hesablanması qaydası barədə ərtaflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az) və səhifədəki «Bitkiçilik sığortası üzrə kalkulyator»u vasitəsilə almaq mümkündür.

Sosial       Tarix: 03 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Nyu-York qışa hazırlaşır: 500 milyon funt duz, 2200 qar təmizləyən maşın və 25 milyon dollarlıq yardım

ABŞ-ın Nyu-York şəhəri 2026–2027-ci illərin qış mövsümünə genişmiqyaslı hazırlıq görür. . xəbər verir ki, noyabrın 9-da şəhərin meri Zohran Mamdani qış aylarında qarla mübarizə, sakinlərin təhlükəsizliyinin təmin edilməs

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar az gunun xeberleri xəbərlər.com ən son xəbər