Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsiBeş il öncə - 2021-ci ilin 15 iyununda iki qardaşölkənin dövlət rəhbərləri AzərbaycanRespublikasının Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezident RəcəbTayyib Ərdoğan Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imzaatdılar. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir.
Prezident İlham Əliyev və Prezident Rəcəb TayyibƏrdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğutarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanlarınbirləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalqstrateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinəistiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regionalgeosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 iləyaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyətandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsiiki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci iltarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərinirəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbisahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətinərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdidvə ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanınərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsihalında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinəçatdırır. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidirki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeniregional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrininmüasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsiistiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyininmöhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkəninsilahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasirtexnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığıvə bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təminedilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin TəhlükəsizlikŞuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgəiclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarınatoxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyatakeçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərinnecə sıx və prinsipial olduğunun göstəricisidir.
Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyatməsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədəxüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyivə hədəfləri göstərən mühüm amildir. Bəyannamədə milli iqtisadiyyatların vəixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinintəşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi,Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişafetdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi,intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalqnəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyatpotensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizininaçılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyatdəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri yer alır. Sənəddəxüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriyləNaxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılmasıvə onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiyaəlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə,həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların vəixracın şaxələndirilməsinə nail olmuşdur.
Həmçinin, Bəyannamədə Azərbaycan və Türkiyəninxarici siyasət davranışları ilə bağlı müddəa da yer almışdır. Tərəflər öz millimaraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar.Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlikvə sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.
Beləliklə, 5 il öncə imzalanmışŞuşa Bəyannaməsiöz əhəmiyyətinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığınındərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət edir. Bu Bəyannamə sözsüzki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkkolundu.
Akif Teyli, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 16 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 bugunun xeberleri xabar az hava haqqinda