Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİ

Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİİsrailin müdafiə naziri İsrail Katzın son açıqlamaları Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirib. Livanda Hizbullaha qarşı əməliyyatların genişlənməsi ehtimalı, İranın regiondakı maraqları və böyük güclərin prosesə münasibəti yeni hərbi qarşıdurma risklərini yenidən gündəmə gətirib.
Bəs mövcud şəraitdə İranın Livandakı hadisələr fonunda İsrailə birbaşa hücum etməsi nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırda İsrailin əsas hədəfi Livanda İranın ən böyük proksi qüvvəsi hesab olunan Hizbullahı zəiflətmək və bölgədə öz maraqlarına uyğun siyasi nizam formalaşdırmaqdır.
Böyük müharibə başlayacaq: İsrail təcili HƏRƏKƏTƏ KEÇDİOnun sözlərinə görə, İsrail Livanda özünə yaxın hökumətin formalaşmasını istəyir və bu istiqamətdə addımlar atır:
"Bu, regionda gərginliyi artıran əsas amillərdən biridir. Hesab etmirəm ki, İran hazırkı mərhələdə Hizbullahdan imtina etsin. Çünki İran daxilində ən böyük siyasi və hərbi təsir gücünə malik qurumlardan biri SEPAH-dır və Hizbullah Tehran üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən SEPAH-ın Hizbullahı dəstəksiz qoyacağı inandırıcı görünmür".
Politoloq qeyd edib ki, İsrailin Livanda hərbi əməliyyatları genişləndirməsi regionda daha böyük müharibə riskini artırır:
"Əməliyyatlar davam edərsə, bu, genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Belə bir ssenaridə İranın reaksiyası da qaçılmaz olacaq. Bununla yanaşı, proseslərin yaratdığı nəticələr İsrail tərəfindən də diqqətlə hesablanmalıdır".
Z. Əmrəliyev ABŞ-nin mövqeyinə də toxunaraq bildirib ki, Vaşinqton əvvəlki dövrlərlə müqayisədə proseslərdə daha ehtiyatlı davranır:
"ABŞ-nin və Körfəz ərəb ölkələrinin maraqlarına uyğun müəyyən məqamlar var. Əgər regionda yeni genişmiqyaslı müharibə başlasa, İranın ilk addımlarından biri Hörmüz boğazını bağlamaq olacaq. Bu isə həm ABŞ, həm də ərəb ölkələri üçün ciddi iqtisadi və enerji təhlükəsizliyi problemləri yaradar. Məhz buna görə də düşünürəm ki, Vaşinqton İsraili hücumların miqyasını genişləndirməkdən çəkindirməyə çalışa bilər".
Politoloqun fikrincə, hazırkı mərhələdə İranın birbaşa hərbi müdaxilə ehtimalı tam istisna olunmasa da, tərəflər arasında genişmiqyaslı müharibənin qarşısını almaq üçün diplomatik və siyasi manevrlər davam edəcək. Buna baxmayaraq, Livan istiqamətində vəziyyətin gərginləşməsi regionda yeni təhlükəsizlik riskləri yaratmaqda davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 bugunun xeberleri xabar az hava haqqinda