Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi

Elçibəy Heydər Əliyevə üç dəfə xüsusi təyyarə göndərmişdi15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş günü olaraq qeyd edilir. Bu tarix 1993-cü ildə ölkəni xaosdan, anarxiyadan və vətəndaş müharibəsi təhlükəsindən xilas edən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və Ali Sovetin sədri seçilməsi ilə xatırlanır…
KONKRET.azxəbər verir ki, modern.az saytı tarixə qısa ekskurs edərək, Heydər Əliyevin 33 il əvvəl Bakıya həmin gəlişini "Bir şəklin tarixçəsi" rubrikasında yada salır.
9 iyun 1993-cü il… Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya uçur. Onu gətirən təyyarə iyunun 9-da günorta saatlarında Binə Hava Limanına enir… Bu, İK-65703 nömrəli TU-13413-3 markalı təyyarə idi… Və Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayır…
9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya uçan Heydər Əliyevi TU-13413-3 markalı təyyarədə müşayiət edən bir neçə şəxs olmuşdu ki, onlardan da biri Ümumilli liderin ilk şəxsi mühafizəçisi Əmir Hüseynov idi (fotoda Heydər Əliyevin arxasında dayanan şəxs. Əmir Hüseynov 1991-ci ildə Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdığı gündən onun mühafizəsinə qoşulmuş və bu missiyasını 1994-cü ilə qədər davam etdirmişdi-red.)
Naxçıvan Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevi Bakıya gətirən TU-13413-3 təyyarəsini idarə edən kapitan İlham Əmirov olmuşdu. Onun xatirələrindən:
"Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC-də bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və həmin icazəyə əsasən, təyyarə qonşu  ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü…
Təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılandı və mənə əsəbi tərzdə geri qayıtmaq əmri verildi. Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım".
Heydər Əliyevin həmin günlə bağlı öz xatirələrindən: "1993-cü  ilin iyun ayında Azərbaycanda dövlət böhranı və vətəndaş müharibəsi olduğu halda, Bakıdan və Azərbaycanın bir çox digər yerlərindən müraciət etdilər ki, mən Bakıya gəlim. Şübhəsiz ki, mən Bakıya gəlmək istəmirdim və gələ də bilməzdim. Ancaq bununla bərabər, Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbülfəz Elçibəy olmaqla, dörd gün – iyunun 5-dən 9-dək mənimlə danışıqlar apardılar və mənim Bakıya gəlməyimi xahiş etdilər. Yenə də getmək fikrim yox idi. Çünki Naxçıvanın ağır dövrünü yaşamışdım, hesab edirdim ki, ömrümün sonuna qədər də orada qalacağam".
Bununla belə, ölkədəki vəziyyəti və çoxsaylı müraciətləri nəzərə alan Ümummilli lider Bakıya gəldi…
Sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi:
"…Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişdilər. Məni təkidlə dilə tutmuşdular. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişdilər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdi. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim".

Siyasi       Tarix: 16 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

İrəvan sərhəd mesajı verdi – Bakı və Ankaranın planının DETALLARI

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkiyə ilə sərhədin açılmasına hazır olduğunu bəyan edib. Sitat:. "Türkiyə ilə sərhəd keçid məntəqələrində zəruri infrastruktur işləri artıq tamamlanıb. Ermənistan sərhədin açılmasın

Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilər

Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Litva "dünya xəritəsindən silinə bilər". xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib. Onun sözlərinə görə, Litv

Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək

Sənədə əsasən, Azərbaycanda, o cümlədən regionlarda rəqabətin inkişaf səviyyəsinin qiymətləndirilməsinə imkan verən göstəricilər sistemi hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabəti

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan

"Bir kişinin yeni əməliyyat olunmuş bir şəxsi qəsdən qanunsuz olaraq həbs etməsi, sonra həmin şəxsin sağlamlıq vəziyyəti ilə öyünməsi və özünü təsdiqləməsi düzgün deyil". KONKRET.azxəbər verir ki, ikinci preziden

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub. Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəs


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xəbərlər bugün 2026 cəbhədən canlı