"Azərbaycanın incisi olan Şuşa bərpa mərhələsindədir" - Hikmət Hacıyev
"Bu gün dövlətimizin əsas vəzifələri beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, sülhyaratma, azad edilmiş torpaqları daha da inkişaf etdirməkdir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Bu gün biz Azərbaycanın incisi olan Şuşadayıq. Hazırda Şuşa bərpa mərhələsindədir. Azərbaycan BMT üzvlüyünə qəbul olunduğu gündən bu yana beynəlxalq hüququn başlıca prinsiplərinə sadiq qalıb. Sabitlik, sülh, təhlükəsizlik kimi ümdə meyarlar daim ölkəmizin gündəmində ön plandadır",- o deyib.
Prezidentin köməkçisi söyləyib ki, 2020-ci ildə Azərbaycan iki cəbhədə, həm Ermənistan ilə döyüş meydanlarında, həm də COVID-19 pandemiyasına qarşı vuruşmalı olub: "Bu mürəkkəb dövrdə Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edirdik. BMT ilə də əlaqələrimizin işıqlı gələcəyinə inanırıq".
H.Hacıyev həmçinin Azərbaycanın Əfqanıstanda və başqa bölgələrdə beynəlxalq sülhməramlı əməliyyatlarında iştirak etdiyini də xatırladıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti