Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?
Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.
azxeber.com xəbər verir ki, bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.
O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir: "Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market", xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir".
Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.
"Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub", - deyə mütəxəssis qeyd edib.
Xatırladaq ki, ilin əvvəlində də "AL Market" mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandıracağı ilə bağlı yayılmışdı.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır