Azərbaycanın mövcud resursları Avropanın daha geniş cöğrafiyasını qazla təmin etməsinə imkan yaradır

Azərbaycanın mövcud resursları Avropanın daha geniş cöğrafiyasını qazla təmin etməsinə imkan yaradırCənub Qaz Dəhlizi Məşvərət  Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Prezident İlham Əliyevin çıxışı dünyanın enerji siyasətində real çağırışların dəqiq təhlili və Azərbaycanın bu istiqamətdə hədəflərinə doğru qəti addımlarının təsviridir. 
Ölkə başçısının enerji sahəsində müasir çağırışları obyektiv dəyərləndirməsi və bu istiqamətdə yeni, lakin ədalətli yol xəritəsi təklifi Azərbaycanın müttəfiqlərini də onunla əməkdaşlığa sövq edir. Albaniya da məhz belə ölkələrdəndir. Azərbaycanla Albaniyanın müxtəlif sahələrdə bir-birini dəsdəkləməsi və dostluq nümayiş etdirməsi, həmçinin, Albaniyanın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində, TAP heyətinin üzvü qismində önəmli rol oynaması və oynamaqda davam etməsi iki ölkənin münasibətlərini müttəfiqlik müstəvisindən dostluq müstəvisinə daşımışdır. 
Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla 8 dövlətə qaz nəql edir. Bu, Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının genişlənməsi və enerji platformasında yeni təchizat coğrafiyasının yaranmasına səbəb olmuşdur. 
Özəlliklə ölkə başçısının siyasi iradəsi əsasında reallaşan Cənub Qaz Dəhlizi layihəsi Avropa ölkələri üçün enerji sahəsində bir "nəfəslik" rolunu oynayır. Məhz Cənub Qaz Dəhlizi layihəsi və onun əsasında interkonnektor layihələrlə Avropa dövlətlərinə qaz təchizatının təmin edilməsi bəzi Qərb dairələrinin Azərbaycanın Avropa İttifaqının artan qaz tələbatını qarşılamağa qaz rezervlərinin kifayət etməyəcəyi haqqında tezislərini çürütmüşdür. Azərbaycanın mövcud resursları və qaz rezervləri interkonnektor layihələr əsasında Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır. 
2023-cü ildə Xəzərin Azərbaycana məxsus olan sektorunda "Abşeron" qaz-kondensat yatağının kəşfi enerji layihəsində şaxələndirmənin yeni mərhələsi olacaq. 
Prezident İlham Əliyevin təbirincə desək, "Abşeron" qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. İlk fazasından 1,5 milyard kubmetr həcmində hasilat gözlənilən "Abşeron" layihəsinin ikinci fazasından illik 4-5 milyard kubmetr hasilat olacağı təxmin edilir ki, bunun da böyük əksəriyyətinin beynəlxalq bazarlara ixracı planlaşdırılır. Məhz bu faktor qaz sektorunda Azərbaycanı daha güclü oyunçuya çevirəcək. 
Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığının əldə olunması Azərbaycan üçün yeni alternativlərin yaranma imkanı deməkdir. Bu qaz enerjisi sahəsində həm şaxələndirmənin genişləndirilməsi, həm də alternativlərin formalaşması deməkdir. "Şahdəniz", "Abşeron", "Ümid" yataqlarından hasil olunan və hasilatın daha da artacağı gözlənilən qaz və kondensantın çoxluğu Azərbaycanın yalnız qazıntı yanacağı ilə kifayətlənməsi demək deyil. Azərbaycan qazıntı yanacağı ilə bərabər yaşıl enerjiyə keçiddə də uğurlu addımlar atmaqdadır və bunu dünyaya sübut edir. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də bunun sübutudur. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanın  "ACWA Power" şirkətləri bərpa olunan enerji sahəsində Azərbaycanla geniş əməkdaşlıq edir və yaşıl enerji sahəsində uğurlu addımlar atılıb. Təbii ki, bu addımlar davam etdirilir və daha geniş planda tətbiq olunacağı ilə bağlı qarşılıqlı razılaşmalar var. Bu layihədə də nəzərdə tutulan prioritetlərdən biri Qara Dəniz vasitəsi ilə Avropaya yaşıl enerji ixracıdır. Belə demək mümkünsə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqının alternativsiz eneji ixracatçısına çevrilmə yolunda irəliləyir. Məhz Azərbaycanın yaşıl enerji sahəsində hazırladığı yol xəritəsi COP 29 kimi  qlobal tədbirə rəsmi Bakının ev sahibliyi etməsinə şərait yaratdı. Cənab İlham Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycan, ona qarşı bildirilən məkrli fikirlərə baxmayaraq, qlobal iqlim dəyişikliyi ilə bağlı bu mötəbər layihənin ölkəmizdə keçirilməsi qərarının qəbuluna nail oldu. Təbii ki, yenə də Azərbaycanın əleyhinə olanlar bizi əsasız ittiham edərək qazıntı yanacağı olan bir ölkənin COP29-a ev sahibliyi edə bilməyəcəyini bildirdi. Rəsmi Bakı bu məsələdə daha obyektivdir və hesab edir ki, "qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir". 
Azərbaycanın dünyadakı nüfuzu və qlobal iqlim dəyişikliyinə verə biləcəyi töhvələr nəzərə alınaraq COP29-un Bakıda keçirilməsinə yekdilliklə razılıq verilmişdir. Azərbaycan enerji sahəsində atdığı addımlarda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əməl edərək Kioto protokoluna uyğun şəkildə  karbon qazlarının atmosferə zərər verməsinin qarşısını almaq üçün yaşıl enerjiyə uğurlu keçid edir. Lakin bu keçid həm iqtisadi dəngələri, həm də ekoloji tarazlığı gözləməklə həyata keçirilməlidir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsinin şaxələndirilməsi və yaşıl enerjiyə keçid prosesi paralel şəkildə aparılmalıdır. Azərbaycanın bu istiqamətdə apardığı siyasət şəffafdır və beynəlxalq sferada da dəsdəklənməkdədir. 
Səhər Orucova
Bakı Dövlət Universiteti nəzdində 
İqtisadiyyat və Humanitar Kollecinin direktoru / azxeber.com

Siyasi       Tarix: 04 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe kriminal xeberler havanın temperaturu xeber.az