Ukrayna müharibəsi bu tarixdə başa çatacaq - ŞOK AÇIQLAMA

Ukrayna müharibəsi bu tarixdə başa çatacaq - ŞOK AÇIQLAMARusiya–Ukrayna müharibəsinin gedişi bir daha göstərir ki, tərəflərin hazırkı hərbi-siyasi kursu yaxın perspektivdə sülhə gətirib çıxarmaqdan uzaqdır. Artıq həm Moskvanın, həm də Kiyevin mövqeləri sərtləşib və proses uzunmüddətli qarşıdurmanın davam edəcəyinə işarə edir. Politoloqlar da qeyd edirlər ki, iki ölkənin hazırkı strategiyaları müharibənin daha bir neçə il davam edə biləcəyi ehtimalını artırır.
Politoloq Polad Mehdiyev KONKRET.az-a açıqlamasında bildirib ki, həm Moskva, həm də Kiyev mövcud hərbi-siyasi strategiyalarını dəyişmədən uzunmüddətli mübarizəyə hazır olduqlarını nümayiş etdirirlər.
Ukrayna müharibəsi bu tarixdə başa çatacaq - ŞOK AÇIQLAMA"Rusiya "uzatmayan, tükəndirən müharibə" xəttini seçib – müdafiə xətlərini gücləndirir, hərbi sənayesini tam döyüş rejiminə keçirir və Qərbin Kiyevə dəstəyinin zamanla azalacağına ümid edir. Kreml rəsmilərinin ritorikası da qarşıdurmanın illərlə davam edəcəyinə işarə vurur.
Ukrayna isə ərazi güzəştlərindən imtina edir və Qərblə uzunmüddətli təhlükəsizlik sazişlərinə arxalanır. Kiyev artıq genişmiqyaslı hücum əməliyyatlarından daha çox ağıllı müdafiə, dron əməliyyatları və Rusiyanın logistikasına zərbələr strategiyasına üstünlük verir. Bu da Ukrayna rəhbərliyinin uzunmüddətli toqquşmanı real ssenari kimi gördüyünü göstərir".
Politoloq hesab edir ki, böyük siyasi dəyişikliklər baş vermədiyi halda, müharibənin yaxın 2–3 ildə avtomatik şəkildə başa çatması çətin görünür.
"Daha mümkün variant qarşıdurmanın müxtəlif intensivliklə davam etməsi və ya prosesin "donmuş münaqişə" formasına düşməsidir. Sülh danışıqları istiqamətində beynəlxalq təşəbbüslər olsa da, Mehdiyev qeyd edib ki, tərəflərin tələbləri bir-birinə zidd olduğundan real kompromis hələ görünmür".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 15 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler valyuta mezennesi 2026 xabarlar xeber.az bu gun