Paşinyanın "bir il səkkiz aydır itki yoxdur" ifadəsinin PƏRDƏARXASI - İrəvan əslində bu MESAJI VERİR
"Paşinyanın "bir il səkkiz aydır itki yoxdur" tezisi ilk baxışda sülh mesajı kimi səslənsə də, siyasi kontekstə baxanda bu, daha çox Ermənistanın daxili auditoriyaya hesablanmış imic cəhdidir. İtkisiz dövrün qeyd edilməsi real olaraq sülhə hazırlıq göstəricisi deyil, çünki Ermənistan hələ də konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır və bu iddialar dəyişmədikcə sülh gündəminin mahiyyəti şübhə altında qalır. Paşinyan daxildəki radikal qüvvələri neytrallaşdırmaq üçün "stabil dövr" statistikasından istifadə edir, amma real diplomatik addımları ləngidir".
Bu fikirləri politoloq Tural İsmayılov KONKRET.az-a açıqlamasında səsləndirib:
"İtkilərin olmaması o demək deyil ki, Ermənistan sülh müqaviləsinin əsas maddələrinə hazırdır; əksinə, İrəvan hələ də sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üzrə konkret öhdəliklərdən yayınır. Bu ifadə siyasi PR funksiyası daşıyır və beynəlxalq ictimaiyyətə "məsuliyyətli oyunçu" mesajı vermək məqsədi güdür. Amma Ermənistanın silahlanma tempinin artması, Qərb hərbi missiyalarına arxalanması və daxili siyasi sistemin tam hadisəyə hazır olmaması bu iddianı zəiflədir".
Politoloq qeyd edir ki, Paşinyanın vurğuladığı "itkisizlik" dövrü əslində Bakının regional sabitlik xəttinin nəticəsidir.
"Azərbaycan sərhəddə tam nəzarəti və preventiv təhlükəsizlik mexanizmlərini təmin etməsəydi, bu statistikanı əldə etmək mümkün olmazdı. Digər tərəfdən, İrəvanın ritorikası ilə praktiki davranışı arasında hələ də ciddi uçurum var: sülhdən danışan hökumət paralel olaraq revanşist dairələrin təzyiqi ilə hərəkət edir.
Əgər Ermənistan həqiqətən də sülh gündəminə hazır olsaydı, ilk addım konstitusiya düzəlişləri olardı. Paşinyan bunları etmir, sadəcə geosiyasi manevr edir. Ona görə də "bir il səkkiz aydır itki yoxdur" cümləsi siyasi jestdir, strateji realıq yox. Bu, Ermənistanın sülhə hazır olduğunu deyil, hazır görünmək istədiyini göstərir".
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib