Orban Zelenskini ifşa etdi: Prezidentlə əlaqəsi olan mafiya şəbəkəsi…
Almaniya kansleri Fridrix Merzin Ukrayna ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. O, ukraynalı gənclərin vətənlərini müdafiə etməli olduğunu bildirib və Almaniyaya getməmələri üçün çağırış edib.
Merz bir müddət əvvəl ölkədən çıxışlarına icazə verilən ukraynalı gənclərin orduda xidmət etmələrinin daha məqsədəuyğun olduğunu söyləyib. Hətta Ukrayna Prezidenti Volodimir Zelenskidən bunu xahiş etdiyini qeyd edib. Kansler həmçinin ukraynalı qaçqınların standart maliyyə yardımından məhrum edilməsi ilə bağlı əvvəllər elan edilmiş planları təsdiqləyib. Ukraynadan olan qaçqınlar artıq daha aşağı ödənişlər alacaqlar.
Bu xəbərdarlıq Almaniya–Ukrayna siyasi əməkdaşlığında gərginlik yarada bilərmi?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Almaniya kanslerinin Ukrayna prezidentinə çağırışı ciddi maraq doğurur:
"Müharibə başlanandan bu günə qədər minlərlə ukraynalı Avropaya, o cümlədən Almaniyaya üz tutub. Qaçqınlar Avropa İttifaqı (Aİ) ölkələri arasında xüsusilə Almaniyanı özləri üçün güvənli yer olaraq seçib. Müqayisə üçün deyim ki, Yaxın Şərqdə müharibələr genişləndikdə, Suriyanın vətəndaş müharibəsi və "ərəb baharı" proseslərində Almaniyanın o zamankı kansleri Angela Merkel həyəcan təbili çalırdı. Eks-kansler çalışırdı ki, qaçqınlar Aİ-yə üz tutmasın.
İlyas Hüseynov
Rusiyanın Ukraynaya hücumuna görə isə ikili standartlar tətbiq edilməyə başladı. Almaniya qapılarını açdı və onları ölkəyə qəbul etdi. Düşünürəm ki, indiki məqamda Merzin açıqlaması siyasi mesajdır. Yəni səsləndirilən fikirlərə baxmayaraq, belə bir halın baş verməsi elə də mümkün deyil. Almaniyada dövr edən fikir budur ki, müharibə ölkəyə mənfi təsir göstərib və bunun bütün günahkarı məhz Zelenskidir.
Daha öncəki hökumətlər də müharibənin Almaniyanın siyasi düşüncəsi və demokratiyasına problem yaradacağını düşünürdülər. Digər tərəfdən, Ukrayna bu münasibətdən narazıdır. Kiyev rəhbərliyinə qarşı ciddi iddialar, korrupsiya ittihamları irəli sürülür. Bunlar Zelenskinin siyasi nüfuzuna təsir edən amillərdir. Qarşıdakı seçkilərdə isə bu, Almaniya və Ukrayna arasında müxtəlif müstəvilərdə gərginliyin pik həddə çatması baxımından opponentlər üçün ciddi arqument ola bilər".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib