Nura Suri şou-biznes haqda kitab yazacaq

Nura Suri şou-biznes haqda kitab yazacaq"Şou-biznes haqqında kitab yazmaq qərarına gəldim. Çünki illərdir pərdəarxasında baş verənləri yalnız içəridə olanlar bilir. Tamaşaçı isə səhnədə gördüyü parıltıya aldanır".
azxeber.com xəbər verir ki, bunu müğənni Nura Suri sosial media hesabında yazıb. 
Sənətçi qeyd edib ki, qələmə aldığı kitabda şou-biznesin  səhnə arxasındakı intriqaları, konsertlərin necə qurulduğunu və arxadan kimin-kimə quyu qazdığını açıqlayacaq:
"İlk növbədə, siz "canlı ifa" hesab etdiyiniz çıxışların çoxu əslində playback-in müxtəlif formalarıdır. Konsertdən əvvəl studiyada vokal yazılır, double səslər əlavə olunur, nəfəs səsləri təmizlənir, səs düzəldilir, hündür notlar bərkidilir. Yəni artıq bir "ideal vokal paketi" hazırlanır. Konsertdə isə həmin paketin üzərinə canlı oxunur ki, səhvlər – deton, nəfəs çatmaması, yorğunluq eşidilməsin.
Bu proses o qədər ustalıqla həyata keçirilir ki, tamaşaçı bunun playback olduğunu heç vaxt hiss etmir. Çünki mikrofonun içində belə xüsusi efektlər olur. Pulun varsa, konsert günü səhnəyə əlavə aparat gətizdirirsən, səs rejissoru da həmin anda ifanın üzərinə "reverb", "delay", "harmonizer" və digər effektləri qoyur. Tamaşaçı isə düşünür ki, "bu nə gözəl canlı səsdir. 
Söhbət bununla da bitmir. Konsert yazısı "YouTube" və televiziya üçün hazırlananda proses yenidən studiyaya qayıdır. Bütün alətlər, back vokallar, hətta zaldan gələn alqış-küy də ayrıca təmizlənir. İfaçının səsi səs proqramlarına salınır, notlar düzəldilir, çatışmayan yerlər yenidən oxudulur və montaj olunur. Sonda ideal, qüsursuz bir "canlı konsert" ortaya çıxır. Və siz də elə bilirsiniz ki, həmin müğənni 2–3 saat konsertdə yorulmadan, bir dəfə belə detona düşmədən, tərtəmiz canlı oxuyub.
Mən isə illərdir bu proseslərin içindəyəm və yaxşı bilirəm ki, həqiqət tam başqa tərəfdədir. Tamaşaçıya göstərilən "canlı ifa" adətən çox peşəkar şəkildə hazırlanmış, lakin bir o qədər də manipulyasiya olunmuş səsdir.
Bu kitabda bütün bunları, həmçinin səhnə arxasındakı intriqaları, konsertlərin necə qurulduğunu, hansı müğənninin kimləri pulla qabağa çəkdirdiyini, kimlərin kimə qarşı qapı arxasında kampaniya apardığını, pərdəarxasında hansı mübarizələrin getdiyini açıq şəkildə yazacağam".
Aysel

Şou Biznes       Tarix: 16 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler az xeber saytlari idman xeberleri cəbhədən xəbərlər