Azərbaycanın növbəti diplomatik qələbəsi

Azərbaycanın növbəti diplomatik qələbəsiPrezident İlham Əliyevin növbəti dəfə mötəbər platformada - Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirak etməsi ölkəmizin nüfuzunun daha bir göstəricisidir. Dövlət başcısının xarici siyasət sahəsində ciddi uğurlara imza atmasının səbəbidir ki, dünyada söz sahibinə cevrilib. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan ölkəmizin malik olduğu nüfuz təkcə regionla məhdudlaşmır, beynəlxalq miqyasda rolunu artırıb. Azərbaycanın müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh, sabitlik və çiçəklənmənin sərhədlərinin genişləməsinə töhfə verir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycanın təşəbbüsü ilə reallaşan bu və ya digər layihələr diqqətdədir.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Dünyaya aciq olan ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Şərq-Qərb Nəqliyyat Dəhlizi və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropanı Asiya ilə birləşdirərək, tarixi Böyük İpək Yolunun dirçəlişi rolunu oynayır. Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğu hər kəsə bəlli olan bir həqiqətdir. Prezident İlham Əliyev Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini bildirərək qeyd edib ki, biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.
Azərbaycan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb, bu istiqamətdə mühüm layihələrin müəllifinə cevrilib. Bu gün ölkə rəhbərinin iradəsinin gücü, uzaqgörən siyasətinin məntiqi olaraq gerçəkləşdirilmiş nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açılıb. Önəmli tranzit ölkəsinə cevrilən ölkəmiz eyni zamanda, 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir.  Dövlət başcısı cıxışında "on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq" – deyə bildirib. Prezident iştirakcıların diqqqətinə catdırıb ki, Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir, bu müəssisədə istənilən növ gəmilərin inşası mümkündür. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir.
Onu da vurgulayaq ki, ölkəmizin təşəbbüsü ilə reallaşacaq Zəngəzur dəhlizi regionun sürətli inkişafına səbəb olacaq və region dövlətlərinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açacaqdir.  Zəngəzur dəhlizi bölgədə sülhün əsas təminatçısına çevriləcək və onun icrası Azərbaycan, Ermənistan və ümumilikdə bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. "Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük", - deyə Prezident bildirib. Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə cəfəng fikirləri, o cümlədən Laçın yoluna dair absurd ittihamları yenidən onun  kimliyini ortaya cıxardı. Prezident Azərbaycanın heç bir dəhlizi bloklamadığını bəyan edərək məntiqli cıxışi ilə haqlı və ədalətli mövqeyni sərgiləmiş oldu. "Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub". Bir daha vurgulayaq ki, bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım avtomobilləri keçir.
Prezident İlham Əliyev bir daha siyasi iradəsini orta qoydu. Bu, Azərbaycanın mövqeyinin ifadəsidir. Əlbəttə ki, dövlət başcısının sərgilədiyi bu uğurlu xarici siyasət Prezident İlham Əliyevin düşünülmüş, məntiqli siyasəti, eləcə də qəbul etdiyi çevik qərarların məntiqi nəticəsidir.
Mərdan Ələsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Binəqədi rayon şöbəsinin sədr / azxeber.com

Siyasi       Tarix: 30 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər.com havanın temperaturu xəbərlər son xeberler azerbaycan