Azərbaycanın Olimpiya STATİSTİKASI: 7 qızıl, 14 gümüş, 28 bürünc

Azərbaycanın Olimpiya STATİSTİKASI: 7 qızıl, 14 gümüş, 28 bürüncİndi hər kəs Tokio olimpiadasından danışır. Daha doğrusu, bizimkilərin budəfəki – 32-ci yay olimpiya oyunlarında uğursuz nəticə göstərməsindən... Mütəxəssislər deyir ki, bu dəfə zəif nəticə göstərməyimizə səbəb pandemiya oldu. Digər bir səbəbi isə mən demək istəyirəm; 2020-ci ilin payızındakı 44 günlük müharibədə Azərbaycan Ordusunun şanlı qələbəsi...
Bəli, bəli... Məhz hamımız, elə idmançılar da öz uğurlarımıza deyil, ordumuzun Qarabağdakı qələbələrinə köklənmişdi. 30 illik müstəqillik dövrümüzün ən böyük qələbəsi məhz ötən ilin payızında bizi qucaqladı.
İndi isə 1991-ci ildə öz müstəqilliyini qazanan ölkəmizin olimpiadalardakı nəticələrinə baxaq... Gəlin, ən zəif və ən güclü nəticələrimizi birgə vərəqləyək.
Barselona-1992: Milli himnimiz, milli bayrağımız, amma ölkəsiz...
Müstəqil Azərbaycan dövlətinin idmançıları ilk dəfə üçrəngli bayrağımız altında məhz bu olimpiadaya qatıldılar. Bayrağımız üç dəfə zirvəyə qalxdı. İki dəfə himnimiz səsləndi. Amma həmin olimpiadadakı 2 qızıl və 1 bürünc medal Azərbaycanın adına yazılmadı. Çünki ölkəmizin idmançıları ilk və son dəfə Müstəqil Dövlətlər Birliyi (MDB) vahid komandasının olimpiya bayrağı altında yarışlara qatılmışdı. 29 il əvvəlki olimpiadada cüdoçumuz Nazim Hüseynov və yüngül atletimiz Valeri Beninki olimpiya çempionu adını qazanaraq üçrəngli bayrağımızı ən yüksək zirvəyə qaldırmış, himnimizi səsləndirmişdilər. Valeri Beninki daha bir çoxnövçülükdə bürünc medal da əldə etmişdi. Sonradan Azərbaycan Milli Olimpiya Komitəsi (AMOK) nə qədər çalışsa da həmin medalları aktivimizə yazdıra bilməmişdi...
Atalanta-1996: Milli aktivimizin ilk medalı...
Azərbaycan Komandasının aktivinə ilk medal məhz bu olimpiadada yazıldı. Hazırda sərbəst güləş yığmamızın baş məşqçisi Namiq Abdullayev ABŞ-dan vətənə gümüş medalla döndü. Finalda hakimlərin qərəzi nəticəsində olimpiya qızılından məhrum olan Namiq Abdullayev birinciliyi öz əlləri ilə bolqarıstanlı rəqibinə vermişdi.
Sidney -2000: Uğurlar, 200 ölkə arasında 34-cü yer...
XX əsrin son olimpiadası Azərbaycan üçün çox uğurlu oldu. O zaman 8 milyon əhalisi olan ölkəmiz qitə dövlətdən 2 qızıl və 1 bürünc medalla 200 ölkə arasında 34-cü pilləyə yüksəlmişdi. Müstəqil Azərbaycanın ilk olimpiya çempionu isə stend atıcılığında "qızıl qız" ünvanına sahiblənən Zemfira Meftahatdinova idi. Atalantada boynundan gümüş medal asan Namiq Abdullayev isə ilk kişi çempionumuz kimi Vətənə döndü. Olimpiada tarixində boksdan ilk medal isə 19 yaşlı Vüqar Ələkbərovdan gəldi. Onu da qeyd edək ki, ölkəmiz bu olimpiadaya cəmi 34 lisenziya qazanmışdı. Amma nəticə olduqca yüksək idi. Namiq və Zemfira XX əsrin son çempionları kimi idman tariximizə düşdülər.
Afina -2004: əsrin ilk çempionu və olimpiyanın vətənindən 5 medal...
XXI əsrin ilk olimpiadası olimpiya oyunlarının vətənində - Yunanıstanda baş tutdu. Keçmiş millət vəkili Ağacan Əbiyev bu olimpiadaya baş hakim qismində dəvət olundu və o, ən ali mükafatı Afinadan kolleksiyasına apardı. Yeni yüzilin ilk çempionu isə yunan-roma güləşçisi Fərid Mansurov idi. O bütün rəqiblərini üstələyərək Afinadan birinciliklə döndü. Boksdan da iki medal gəldi, Fuad Aslanovla Ağası Məmmədov bürünc medalı boyunlarından asdılar. Sidney-2000-nin "qızıl qız"ı Zemfia Meftahaddinova isə bu dəfə bürünclə kifayətlənməli oldu. İradə Aşumova isə ilk və son dəfə Afina-2004-də 25 metr məsafəyə tapançadan atəş açdı və üçüncülüklə olimpiadanı başa vurdu. Əgər Şahin İmranovun rusiyalı boksçu ilə (qalib gəlirdi –T.T) görüşün son saniyələrində qaşlarından qan açılmasaydı, ən azı daha bir bürüncümüz ola bilərdi.
Pekin-2008: 7 medal, ilk divalifikasiya...
Qızıl medal bu dəfə cüdodan gəldi. Elnur Məmmədli bütün rəqiblərinə vaxtından əvvəl gələrək olimpiya çempionu adına yiyələndi. Rövşən Bayramovla əslən Zəngəzurdan olan Vitali Rəhimov isə ikinci oldular. Amma sonradan Vitali Rəhimovun gümüş medalı və diplomu əlindən alındı. Çünki 8 il sonra -2016-cı ildə onun qan nümunələrindən dopinq tapıldı və Azərbaycanın aktivindən Vitalinin gümüş medalı silindi. Xetaq Qazyumov və Mariya Stadnik isə güləşdə üçüncülüyə yiyələndilər. 2004-də bəxtsizliklə üzləşən Şahin İmranov bu dəfə bürüncü heç kimə vermədi və üçüncü oldu. Cüdodan daha bir medalı isə ağır çəki dərəcəsində Mövlüd Mirəliyev qazanırdı. O da üçüncülüklə kifayətləndi.
London-2012: əyara görə ən uğurlu olimpiadamız...
Bu vaxta qədər medalların əyarına görə Azərbaycan Yığma Komandası üçün ən uğurlu olimpiada məhz London-2012-dir. 2 qızıl, 2 gümüş və 5 bürünc medalla Azərbaycan 204 ölkə arasında 45-ci olmağı bacarmışdı. Bu dəfə Toğrul Əsgərovla Şərif Şərifov milli idman növümüz olan güləşdə ən yüksək kürsüyə çıxaraq himnimizi səsləndirdilər və bayrağımızı yüksəltdilər. Rövşən Bayramov bu dəfə də gümüşlə kifayətləndi. Pekində bürünc alan Mariya Stadnik bu dəfə medalın əyarını yaxşılaşdırdı və gümüş aldı. Boksda da aktivizimə iki bürünc yazıldı. Teymur Məmmədovla Maqomedrasul Məcidov üçüncü oldular. 96 kq çəkidə dağıstanlı Xetaq Qazyumov bu dəfə də bürüncü boynundan asa bildi. Emin Əhmədov isə 74 kq çəki dərəcəsində üçüncü yerə sahib çıxdı. Yuliya Ratkeviç isə sərbəst güləşdə bürünc medalla kifayətləndi. Azərbaycan yığması bundan əvvəlki və sonrakı olimpiadalarda (hələlik) ən yüksək nəticəni məhz Londonda göstərdi. Hələ Valentin Xristovun bir bürünc medalından danışmaq istəmirəm. Çünki bu milliləşdirilmiş legionerin də qanında dopinq tapılmışdı və sonradan onun ağırlıqqaldırmadan gətirdiyi bu bürünc medal da aktivimizdən silinmişdi...
Rio-2016: ən kəmiyyətli olimpiada, legionerlər yığması
Brazilyada – Rio de Janeiroda keçirilən yay olimpiya oyunları isə kəmiyyətinə görə ən çox medal qazandığımız turnir kimi tarixə düşdü. 18 medalı aktivinə yazan Azərbaycan Yığma Komandasının azarkeşləri cəmi bir dəfə Radik İsayevin qızıl medalına sevindi. Dağıstanlı legionerimiz taekvandoda olimpia çempionu oldu. Rüstəm Orucovla Elmar Qasımov qızıl medal ümidlərimizi doğrultmadılar və gümüşlə kifayətləndilər. Yunan-Roma və sərbəst güləşçilərimiz isə 6 bürünclə vətənə geri döndülər. İranlı Milad Beiqi ilə dağıstanlı Patimat Abakarova isə taekvandoda bürüncə sahib çıxdılar. Mariya Stadnik bu dəfə də gümüş medal qazandı. Onun üçün "yapon sindromu" elə məhz bu olimpiadadan başladı. Əvvəlki olimpiadanın çempionları Toğrul Əsgərov gümüş, Şərif Şərifov isə bürüncə razılaşdılar. Milliləşmiş kanoeçi legonerlərimiz Valentin Demyanenko və İnna Rodomska gümüş və bürünc medallar qazanmaqla bu idman növünü azərbaycanlılara sevdirə bildilər. Kubalı Loeronzo Sotomayor boksda gümüş, Kamran Şahsuvarlı isə bürünc medalla təsəlli tapdılar. 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan yığmamızın 10 üzvü milliləşdirilmiş legionerlər idi.
Gələk Tokyo-2020-yə: 25 ildən sonra qızılsız...
Tokyo-2020-də Azərbaycan 25 ildən sonra ilk dəfə olimpidanı qızıl medalsız tərk etdi. 3 gümüş və 3 bürünclə turniri başa vurdu. Hacı Əliyev və karatenin əfsanəsi Rəfael Ağayev qızıl medal ümuidlərimizi doğrultmadı. Mariya Stadnik isə "yapon sindromu"nun qurbanı oldu. Qızıl medal qazanmasaq da, bu dəfə də medal və əyar sıralamasında Ermənistanı qabaqlaya bildik.
Maraqlananlar üçün qeyd edək ki, 1996-cı ildən bu yana Azərbaycan Milli Yığma Komandası 7 qızıl, 14 gümüş və 28 bürünc medal qazanıblar. Bu da yekunda 49 medal edir. Amma əlimizdən alınan 1 gümüş və 1 bürünc medalı da əlavə etsək, indiyə qədər bayrağımız 51 dəfə ən yüksəklərdə olub. Ən çox medalı isə güləş yarışlarından əldə etmişik, 4 qızıl, 8 gümüş, 13 bürünc. İndiyə qədər yay olimpiadasında cəmi 7 idman növündə - güləş, cüdo, atıcılıq, taekvando, karate, boks və kanoedə medalçılar siyahısına adımızı yazdırmağı bacarmışıq. Ən az medal isə kanoedən gəlib – 1 gümüş və 1 bürünc. Güləş, cüdo, taekvando və atıcılıqda isə olimpiya çempionlarımız Azərbaycanın himnini səsləndirərək hər kəs ayağa qaldırmağı bacarıblar.
Ümid edək ki, Paris-2024-də daha çox qızıl və gümüş medallara sevinəcəyik.
Tural Turan /publika.az

İdman       Tarix: 09 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

UEFA-dan azərbaycanlı hakimlə bağlı təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında qeyd olunub. O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Jelezniçar"

Yamal dünya futbolu tarixinə düşdü

İspaniya millisinin vingeri Lamin Yamal dünya futbolu tarixinə düşüb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb. İspaniyanın Argentina üzərində əlavə vaxtda qazandığ

DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq. bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxt

Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib. xəbər verir ki, Messi oyundan sonra belə deyib:

UEFA Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. bildirir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" komandasının qonağı olacaq

"Fənərbağça"nın 2 futbolçsusu "yoxa çıxdı": Telefonları açmır

Türkiyənin "Fənərbağça" klubunda müdafiəçi Diyeqo Karlosla bağlı gözlənilməz vəziyyət yaranıb. -ın milliaz-a istinadən məlumatına görə, 2025/26 mövsümündən əvvəl Topuk Yaylasında keçirilən hazırlıq düşərgəsinə qatılmal

Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama

Xəbər verdiyimiz kimi, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun "Dinamo" (Minsk) klubuna 2:4 hesabı ilə uduzub. KONKRET.azxəbər verir ki, görüşdə "ağ-qaralar"ı

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) – "Qarabağ" görüşü baş tutub. . KONKRET.azxəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağda

İngiltərə 60 il sonra medal qazandı - Bu gün İspaniya - Argentina finalıdır

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib. xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib. Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən "Mayami Stadium"da oynanılıb. Gərgi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi sonxəbərlər son xeberler az