"Azərbaycanın Qarabağda antiterror əməliyyatına başladığını deyə bilərik" - NÜANSLAR

Ermənistan Azərbaycana qarşı hərbi təhdidlərini davam etdirir. MN-nin məlumatına əsasən, erməni hərbi qulluqçularının təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları həyatını itirib. Eyni zamanda səhər saatlarında Azərbaycan ordusunun mövqeləri minaatanlardan atəşə tutulub. Ekspertlərin fikrincə, proses davam edərsə, Azərbaycan da Ermənistana qarşı antiterror əməliyyatını gücləndirəcək. Görəsən, indiki şəraitdə proses necə inkişaf edəcək? Azərbaycan ermənilərin Qarabağdan çıxarılması prosesini sürətləndirə bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli bildirib ki, bu hadisənin baş verməsinin əsas səbəbi vasitəçi tərəflərin öz öhdəliklərini layiqincə yerinə yetirməməsidir:
"2020-ci il noyabr ayının 10-da bəyanatının imzalanmasından dərhal sonra, bu sənədin imzalanmasında iştirak edən Rusiya, Qərb və Avropa ölkələrinin bəziləri münaqişənin həll olunmasında aktiv iştirak etməyə cəhd edirlər. Təəssüf ki, bu müddət ərzində fəallıq nümayiş etdirən təşkilatlar və ölkələr Ermənistanı məğlub deyil, bərabərhüquqlu ölkə kimi təqdim etməyə çalışırlar. Burada Qərbin və Rusiyanın fikirlərində də fərqlilik var. Rusiya sülhdən əvvəl infrastruktur layihələrinin həyata keçirilməsi təklifini irəli sürüb. Qərb isə əksinə olaraq, əvvəlcə sülhün imzalanmasını istəyir.
Azərbaycan 5 bənddən ibarət təklifini irəli sürüb və Ermənistan da buna öz münasibətini bildirib. Lakin görünən odur ki, vasitəçi tərəflərin fəaliyyəti yetərincə olmayıb. Bunun səbəblərindən biri də odur ki, Rusiya özünün də imzaladığı bəyanatın 4-cü bəndinin icrası üçün heç bir səy göstərməyib. İkincisi isə, Ermənistana Qarabağdakı hərbi birləşmələrin silahlandırılmasının qarşısını almaq tələbi də irəli sürülməyib. Burada əsas məsuliyyəti Rusiya və Qərb daşıyır. Ümumilikdə isə bütün məsuliyyət və öhdəlik Ermənistan hakimiyyətinin üzərinə düşür. Azərbaycan isə təbii ki, öz mövqeyini müdafiə etmək üçün hərbi ritorikadan çıxış etmək, yəni yola hərbi qurumların iştirakı ilə nəzarət etmək məcburiyyətindədir. Yalnız bundan sonra problem öz həllini tapa bilər.
Dünən Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat, yəni Ermənistandan Qarabağdakı separatçılara gələn silah-sursat daşıyan maşının qarşısının kəsilməsi və qruplaşmanın zərərsizləşdirilməsi məhz antiterror əməliyyatıdır. Yəni artıq Azərbaycan dövlətinin Qarabağda antiterror əməliyyatına başladığını deyə bilərik".
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, dünən baş verən hadisələr böyük ehtimalla Azərbaycanın erməni silahlılarını bölgədən təmizləməsi ilə nəticələnəcək:
"Əgər Ermənistan prosesin daha az itki ilə başa çatmasını istəyirsə, könüllü surətdə ərazini tərk etməlidir. Lakin Rusiya sülhməramlı kontingentinin prosesə laqeyd yanaşması davam edərsə, Azərbaycan ordusu ən qısa müddətdə öz imkanları hesabına erməni silahlılarını ərazidən çıxaracaq.
Rus və erməni hərbçilərinin birgə keçirdiyi bu təlimlər ilk və son deyil. Bunlar adətən planlara uyğun şəkildə təşkil olunur. Ona görə də düşünmürəm ki, Ermənistan və Rusiya arasında baş verən son gərginliklərin fonunda bu təlimlərin regiona, xüsusilə də Azərbaycana təsiri olsun".
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 06 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun azerbaycanda son xeberler sonxeber.az idman xeberleri