Azərbaycanın Rusiyadakı diasporunun görkəmli nümayəndələri medallarla təltif edilib
Azərbaycanın Rusiyadakı diasporunun görkəmli nümayəndələri medallarla təltif edilib
Dekabrın 26-da Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfə vermiş diaspor təşkilatlarının üzvlərinə "Diaspora Fəaliyyətindəki Xidmətlərinə görə" medalını təqdim edib.
Soydaşlarımız bu medala diasporanın Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla əlaqəli obyektiv məlumatların yayılmasında, habelə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə tanıdılmasında, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı roluna görə layiq görülüblər.
Mükafatlandırılanlar arasında texniki elmlər doktoru, professor Kamran Rüstəmov, "Krea" şirkətinin müşaviri, siyasi şərhçi Azər Cangirov, jurnalist, politoloq Səadət Kadırova, Moskvanın Azərbaycanlı İcmasının sədri Şamil Tağıyev, professor Nizami Məmmədov və başqaları da daxil olmaqla Rusiyadakı Azərbaycan diasporunun tanınmış nümayəndələri var. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız