Azərbaycanın Rusiyadakı səfirliyindən vətəndaş narazılığına MÜNASİBƏT - VİDEO

Azərbaycanın Rusiyadakı səfirliyindən vətəndaş narazılığına MÜNASİBƏT - VİDEOAzərbaycanın Rusiyadakı səfirliyindən vətəndaş narazılığına MÜNASİBƏT - VİDEO
"Cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs Səfirliyin binasının önündə çəkdikləri videoda bildirirlər ki, onlar Azərbaycana getmək istəyirlər, bununla bağlı Səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir. Bu qətiyyən həqiqətə uyğun deyil".
Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyindən Oxu.Az-a daxil olan məlumatda belə deyilir. 
Məlumatda bildirilir ki, 2 iyul tarixində Səfirliyin vitse-konsulu, birinci katib Rövşən Axundov şəxsən Rəşid Məmmədovla görüşüb və ona mövcud vəziyyəti başa salıb: 
"6 iyul tarixində isə Səfirliyin konsulluq şöbəsinin əməkdaşı, üçüncü katib Müsənnif Dadaşov adı çəkilən şəxslə iki dəfə telefonla danışıb və ona hazırkı durumu bir daha izah edib.
Söhbət zamanı məlum olub ki, Rəşid Məmmədov www.evegedirem.info portalında qeydiyyatdan keçməyib. Ona çatdırılıb ki, ilk növbədə portalda qeydiyyata düşmüş iki minə yaxın vətəndaşlarımız növbə ilə Azərbaycana göndərilirlər.
"Azərbaycan Hava Yolları"nın təşkil etdiyi çarter reysləri ilə sözügedən portalda qeydiyyatdan keçənlərlə yanaşı, səhhətində ciddi problemi olan vətəndaşlarımız ölkəmizə yola salınırlar. Belə olan halda onun Azərbaycana dönməsi məsələsi açıq olaraq qalır.
Məlum olduğu kimi, həm Azərbaycanda, həm Rusiyada karantin rejimi cari ilin 01 avqust tarixinədək davam edəcək. Bu səbəbdən Səfirliyin konsulluq şöbəsində vətəndaşların şəxsən qəbulu keçirilmir. Bu barədə Səfirliyin internet səhifəsində və inzibati binasının önündə elan yerləşdirilib. Bununla yanaşı, Səfirlikdə fəaliyyət göstərən "qaynar xətt" və elektron poçt vasitəsi ilə vətəndaşlarımızın müraciətləri qəbul olunur. Cari ilin 19 mart tarixindən 07 iyul tarixinədək yalnız Səfirliyin "qaynar xətti"nə 155 mindən artıq müraciət daxil olub. Hər bir müraciətə də fərdi olaraq baxılıb, mümkün olan köməklik göstərilib.
Rusiyadakı Azərbaycanın çoxsaylı vətəndaşlarına dəfələrlə xəbərdarlıq edilib ki, cari ilin 1 avqust tarixinədək sərhədlər bağlıdır və hər kəsin olduğu yerdə qalması məqsədəuyğundur. Küçədə çəkilmiş təxribat xarakterli videodan da göründüyü kimi, pandemiya dövründə istifadəsi məcburi olan maska və əlcək geyməyən, sosial məsafə gözləməyən həmin şəxslər edilən xəbərdarlıqlara məhəl qoymurlar. Onlar Səfirliyə təzyiq göstərmək məqsədi ilə Səfirliyin qarşısında çəkiliş aparır və binanın önündə Səfirliyin konsulluq şöbəsində vətəndaşların qəbulunun dayandırıldığı barədə elanı qəsdən göstərməyərək ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar".

Siyasi       Tarix: 07 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər ən son xəbər cəbhədən ən son xəbərlər en son xeberleri