Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirildi

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirildiBeynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.
KONKRET.azxəbər verir ki, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib.
Nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb. DOST konsepsiyasının nailiyyətlərindən, "Əmək və Məşğulluq" altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib.
Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb.
BƏT-in 111-ci sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası da keçirilib. İclasda BƏT-in Baş direktoru J.Hunqbo da iştirak edib.
İclasa sədrlik edən S.Babayev çıxışında ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal mübarizdə fəal iştirakını vurğulayıb. Ölkəmizin bu istiqamətdə uğurlu təşəbbüsləri, o cümlədən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı üçün qətnamələrin qəbulu ilə bağlı təşəbbüsləri qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşündə COVID-19-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin də irəli sürüldüyü, Azərbaycanın habelə Hərəkatın institusional inkişafına güclü dəstəyi, bütün bu addımların Hərəkatın beynəlxalq nüfuzunu xeyli gücləndirdiyi vurğulanıb.
Ölkəmizdə son 5 ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra edildiyi, əməkhaqqı və digər sosial ödənişlərdəki ciddi artımlar, bu islahatlar üzrə illik 6,8 milyard manat əlavə vəsait ayrıldığı, əmək bazarında sabitliyin mövcud olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən BƏT-in "Kənd təsərrüfatında təhlükəsizlik və sağlamlıq haqqında" 184 nömrəli və "Əməyin mühafizəsi və sağlamlığının təşviqi çərçivələri haqqında" 187 nömrəli Konvensiyalarının da ratifikasiyası imkanlarının qiymətləndirilməsi işləri aparıldığı vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub. Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin Ermənistanın işğalı altında olarkən tamamilə dağıdıldığı qeyd olunub.
Bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisi minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. İkinci Qarabağ müharibəsindən sonra mina terroru nəticəsində 302 nəfər Azərbaycan vətəndaşı həyatını itirib və ya yaralanıb. Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesinə və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına mane olur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə minalardan təmizləmə səyləri arasında birbaşa əlaqə var və Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in işə salınması təşəbbüsünü fəal şəkildə təbliğ edir.
İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.

Siyasi       Tarix: 07 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan


son xeberler yeni xeberler azerbaycan xeberleri zelzele sonxeberler metbuat xəbər