"Azərbaycanın şərti qəbul olunub, yenidən görüş olacaq" - Erməni politoloq

"Bu gün Ermənistanda təhlükəsizlik problemləri o qədər artıb ki, Yerasx-Horadiz dəmir yolunun yenidən işə salınacağı təqdirdə hansı təhlükəsizlik problemi ilə üzləşəcəyimizi demək artıq mənasızdır".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
Dahan sonra o əlavə edib:
"Bu yola gəlincə, əsas problem budur: Sünikdən "Zəngəzur" keçən hissə necə idarə olunacaq, ona kim nəzarət edəcək? Bu suallara cavab almamışıq. Ermənistanın qondarma hakimiyyət orqanları nəzarətin bizim tərəfdən həyata keçiriləcəyini nə qədər bəyan etsələr də, sadəcə olaraq, bu yolla ictimaiyyəti çaşdırırlar. Əslində, onların bütün siyasəti bu sahəyə nəzarəti kimə ötürməkdən ibarətdir və həm Rusiya Federasiyası, həm də Qərb arasında mübarizə də bunun ətrafında gedir. Üstəlik, İranın bu hissədə qırmızı xətləri var. Bu suala dəqiq cavab vermirlər", – deyə politoloq bildirib.
Danielyanın sözlərinə görə, bu yol Azərbaycan üçün açılır: "Bizə deyilmir ki, Yeraşx kəndinin (Arazdəyən) İranla olan hissəsi açılır, ya açılmır, Gümrü istiqamətində işləyəcək, ya yox. Bizə bu suallara cavab verilmir, amma Marqara keçid məntəqəsi böyük miqyasda tikilir".
Politoloq məsləhət görüb ki, həqiqətən nə baş verdiyini və həqiqətin harada olduğunu başa düşmək istəyənlər Ermənistan hakimiyyətinin dediklərinə ümumiyyətlə qulaq asmamalıdır. Azərbaycan hakimiyyətini açıqlamalarını izləyin.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun gələn həftə Vaşinqtonda danışıqlar aparacağını açıqlayıb. Danielyanın sözlərinə görə, əgər görüş təxirə salınırsa, bu o deməkdir ki, razılaşmalarda problem var, görüşürlərsə, bu o deməkdir ki, problemlər həll olunub.
"Əgər Azərbaycan görüşü təxirə salıbsa, o zaman Azərbaycan şərt irəli sürüb. Əgər Ermənistan bu şərti qəbul etməsə, o zaman görüş baş tutmayacaq. İndi yenidən görüşsələr, demək, Ermənistanın qəbul etdiyi hansısa şərt var və çox güman ki, bu şərt yollarla bağlıdır", – deyə politoloq bildirib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 22 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler ensonxeberler gunun xeberleri krimnal xeber