Azərbaycanın uğurları İranı niyə narahat edir? - AÇIQLAMA

Azərbaycanın uğurları İranı niyə narahat edir? - AÇIQLAMAAzərbaycan hər zaman mehriban qonşuluq münsibətlərinin qorunması və müsbət yöndə inkişafı üçün çalışıb. Ölkəmiz regionda sülhün və əmin-amanlığı təmin edilməsi üçün hər zaman lazımi addımları atıb.
Amma faktdır ki, Azərbaycanın son dövrlərdə daha da güclənməsi, tarixi torpaqlarını müharibə yolu ilə geri qaytarması və s. bu kimi uğurları bəzi dövlətləri narahat edir. Bizə qonşu olan dövlətlərdən biri – Ermənistan düşmən dövlətdir. Amma digər bir qonşumuz olan İran da var ki, hər zamana Azərbaycana dost, müsəlman qardaşı desə də, təəssüf ki, ölkəmizə qarşı münasibəti birmənalı olmayıb. Biz bunları – 44 günlük Vətən müharibəsində və bu günlərdə də müşahidə edirik.
Bəs, qonşu dövlətin ölkəmizə qarşı bu cür münasibəti nədən qaynaqlanır?
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov azxeber.com-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib.
Deputat qeyd edib ki, İran Azərbaycanla münasibətlərində ikiüzlü siyasət yürüdür:
"Bu siyasətin Birinci Qarabağ və Vətən müharibəsi zamanında, hətta post-müharibə dövründə də şahidiyik. İlk növbədə səbəb odur ki, İran dövləti və bu ölkənin siyasi kursu müstəqil, demokratik və dünyəvi Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir. Əgər İran əvvəllər bu mövqeyini hardasa pərdələyirdisə, Vətən müharibəsində, Azərbaycanın şanlı zəfərindən sonra artıq rəsmi Tehran Azərbaycanla bağlı bu psixoz və qarabasma mövqeyini açıq formada fəaliyyətdə əks etdirməyə başlayıb".
Deputatın vurğulyıb ki, bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb:
"Hamımız şahid olduq ki, istər müharibə dövründə, istər sonralar İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarında, həm də Azərbaycanın özündə İrana maşalıq edən, eyni zamanda İrana sığınaraq məqam gözləyən xəyanətkar, satılmış üzdəniraqlar Azərbaycana qarşı açıq formada kampaniyalara başlayıblar. Baxmayaraq ki, ən mürəkkəb dövrdə belə Prezident İlham Əliyev əlini Xudafərin körpüsünə sarı uzadıb qədim Azərbaycan abidəsini dostluq körpüsü adlandırmışdı. İran əslində sivil, beynəlxalq hüquqa minimal hörmət bəsləyən dövlət olsaydı, bu jestdən sonra artıq durardı, yeni səhifə açıb dostluq və əməkdaşlıq barədə düşünərdi.
Azərbaycanın uğurları İranı niyə narahat edir? - AÇIQLAMAAmma əksinə, İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirərək özünün əsl simasını ortaya çıxardı. İndi guya öz aləmlərin də bu kimi xaotik məntiqsiz davranışlarla ölkəmizi daim təzyiq və təhdid altında saxlamaq istəyirlər, amma özləri də başa düşür ki, qarşılarındakı 90-cı illərin Azərbaycanı deyil, bu gün biz artıq beynəlxalq nüfuza malik çox güclü və qətiyyətli bir lider tərəfindən idarə olunan ciddi hərbi-siyasi gücə malik bir dövlətik. Molla rejimi bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb. Heç bir üçüncü dövlətə imkan verməmişik ki, ərazimizdən İrana qarşı istifadə etsin, hətta İran sanksiyalar altında sürünəndə biz əlaqələrimizə heç bir məhdudiyyət tətbiq etmədik, İran bizim hesabımıza nəfəs aldı. Çünki biz bütün qonşularımızla sülh və sabitlik şəraitində, mehriban qonşuluq münasibətləri qurub əməkdaşlıq etmək istəyirik. Amma təəssüf ki, hələlik İrandan ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik xarakterli münasibət müşahidə edirik".
B.Məhərrəmov qeyd edib ki, İran dövləti müqəddəs İslam ideyaları ilə pərdələnib, əslində fars şovinizmini tətbiq etməkdədir:
"Əks halda adında İslam olan, özünün İslamın qoruyucusu, şiəliyin mərkəzi olduğunu iddia edən bir dövlət 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan islam abidələri, donuz saxlanan məscidlər, Məhəmməd ümmətinin dağıdılan məzarları ilə bağlı bir mövqe bildirərdi. İran nə etdi? Nəinki mövqe bildirmək, əksinə işğalçı təcavüzkar Ermənistana etmədiyi kömək qalmadı. Silahını verdi, sursatını verdi. Hətta müharibə dövründə və ondan sonra da İran hərbi qüvvələrini Arazın cənub sahillərinə yığıb hazırlıq vəziyyətinə gətirərək bizi öz aləmində təhdid etməyə çalışdı. İndi bəzi məsələlər var, açıqlamaq olmur, İran ərazisindən Ermənistana silah-sursat ötürülməsinə dair çox sayda faktlarımız var, Azərbaycanın bunun qarşısını aldığı faktlar var, lazım olarsa aidiyyətı strukturlar açıqlaya bilər. Elə bu günün özündə də İran Ermənistan ordusunun o qalıqlarını dirçəltməyə çalışır, İran istehsalı olan hərbi vasitələrlə, minalarla, dronlarla, digər silahlarla təmin edir və bunu təsdiq edən nə qədər lazımdırsa həm rəsmi, həm də audiovizual sənədlər mövcuddur".
Aydın Nuri

Siyasi       Tarix: 29 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər cəbhədən son durum cəbhədən video son xeber