Azərbaycanın xarici borcu azalıb - Rəqəmlər AÇIQLANDI
2022-ci il 31 dekabr tarixinə operativ məlumatlara əsasən, Azərbaycanın xarici dövlət borcu 6 milyard 693 milyon 200 min ABŞ dolları təşkil edib.
KONKRET.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
O bildirib ki, 2022-ci il 1 yanvar tarixinə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləğinin mütləq ifadədə 700,2 milyon ABŞ dolları azalmasına nail olunub:
"Bundan başqa, Azərbaycan Respublikası ilə beynəlxalq maliyyə təşkilatları arasında imzalanmış kredit sazişləri çərçivəsində 2022-ci il ərzində 157,7 milyon ABŞ dolları məbləğində kredit vəsaitindən istifadə edilib".
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir