Azərbaycanın xarici işlər naziri İraqın Baş nazirinin müavini ilə danışıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən azxeber.com-a bildirilib ki, nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb.
Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının prioritet məsələ olduğunu vurğulayıblar.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar