Azərbaycanla Ermənistan arasında sülh sazişi may ayında İMZALANACAQ
"Əgər hər şey normal olsa, Azərbaycanla saziş may ayında imzalanacaq".
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Andranik Ovannisyan bir sıra mənbələrə istinadən bildirib. O deyib ki, aprelin 4-dən etibarən Paşinyanın fərmanı ilə Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsi hazırlayacaq işçi qrup yaradılacaq.
"Sənəd ərazi bütövlüyünün qarşılıqlı tanınmasına, bir-birinə ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqinə və Ermənistanla Azərbaycan arasında regional nəqliyyat kommunikasiyalarının blokunun açılmasına istinad edir", – deyə siyasətçi özünün Teleqram kanalında yazıb.
Ovannisyan "hər işin normada getdiyi halda" sülh sazişinin may ayında imzalanacağını qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti