Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdi

Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdiAzərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşdi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında" Sazişi təsdiqləyib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Sazişlə Azərbaycanla Gürcüstan arasında sərhəd-buraxılış məntəqələri müəyyənləşib.
Həmin buraxılış məntəqələri aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
"Böyük-Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- "Qırmızı körpü" (Azərbaycan) – "Krasnıy Most" (Gürcüstan);
- "Mazımqara" (Azərbaycan) – "Tsodna" (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
"İpəkyolu" (Azərbaycan) – "Abreşumis Qza" (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
"Sadaxlı" (Azərbaycan) – "Vaxtangisi" (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı - saat 08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil:
"Muğanlı" (Azərbaycan) – "Samtatskaro" (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla "İpəkyolu" – "Abreşumis Qza" birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Sənəddə həmçinin qeyd edilib ki, ayrı-ayrı buraxılış məntəqələrində dövlət sərhədlərində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması sanitar-karantin, baytar, fitosanitar səbəblərdən, habelə fövqəladə və ya hərbi vəziyyət, ictimai təhlükəsizlik anlamından, təbii fəlakət üzündən, karantinli zərərli orqanizmlər, epidemiya və epizootiyalar yayıldıqda tətbiq oluna bilər.
Hərəkəti dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində olan tərəf buraxılış məntəqələrində hərəkətin dayandırılması və məhdudlaşdırılması səbəblərini və müddəti göstərməklə, planlaşdırılan dayandırma və ya məhdudlaşdırmadan 5 (beş) gündən gec olmayaraq bu barədə digər tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır.
Fövqəladə hallar və ya təbii fəlakətlər zamanı hərəkətin dayandırılmasından əvvəl 24 saatdan gec olmayaraq qarşı tərəfi məlumatlandırma həyata keçirilməlidir.
Buraxılış məntəqələrinin obyektlərinin və ya kommunikasiya qurğularının nəzərdə tutulan təmiri ilə bağlı dövlət sərhədində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması barəsində tərəflər bu işlərin başlanmasından əvvəl üç aydan gec olmayaraq onların başa çatma vaxtını bildirməklə bir-birini məlumatlandırırlar.
Sənəddə vurğulanıb ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər. /oxu.az

Turizm       Tarix: 14 aprel 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun az xeber son xeberler az xəbərlər.com