Azərbaycanla İran arasında yükdaşımalar 28 % artıb
İranda yeni ilin başladığı ötən il martın 21-dən bu il fevralın 21-nə qədərki 11 ay ərzində bu ölkə ilə Azərbaycan arasında 645 min ton yük daşınıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Şimal Dəmir Yolu İdarəsinin baş direktoru Qulam-Hüseyn Vəladi bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 28 % çoxdur.
Q.Vəladi qeyd edib ki, 11 aylıq yükdaşımaların 373 min tonu və yaxud təxminən 58 %-i dəmir yolu vasitəsilə həyata keçirilib.
"11 ayda dəmir yolu ilə (Astara) Azərbaycandan İrana 206 min tondan çox yük daşınıb ki, bu da 58 % artım deməkdir. İrandan Azərbaycana isə 167 min tondan çox yük, əsasən sitrus meyvələri, müxtəlif növ digər meyvələr, sement, kimya sənayesi məhsulları, kafel və ərzaq məhsulları nəql edilib", – deyə baş direktor əlavə edib.Report

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR