Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıbOktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə azxeber.com-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.
Memorandumun əhəmiyyətini qeyd edən Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladıb və ölkəmizdə sülhün, harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi vurğulayıb.
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektinə çatdırıb. O, Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq hazırda Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsinin əhəmiyyətindən bəhs edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb.
Bütün Qafqazın şeyxi, eyni zamanda, son vaxtlar Vatikanın informasiya agentliyi olan "Vatican News"da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını bildirib və bununla bağlı əsaslı dəlillər təqdim edib.
Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini bildirən Kardinal Kuvakad problemin aradan qaldırılacağını qeyd edib.
A. Paşazadə Kardinal Kuvakada Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılmış şəraitə görə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Anlaşma Memorandumu 4 fevral 2019-cu il tarixli "Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi"nə istinadən həyata keçirilən ilk təşəbbüsdür. Memorandum dinlərarası dialoqun təşviq edilməsi istiqamətində Azərbaycanın tolerant mövqeyini bir daha aydın şəkildə ifadə edir.
Memorandumun müddəalarının icrası və dinlərarası dialoqun təşviqə dəstək məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə də təsis ediləcək. Vatikanla dini mərkəz arasında Anlaşma Memorandumunun imzalanması Vatikanın tarixində ilk hadisədir. Belə ki, Müqəddəs Taxt-Tac bu günə qədər əsasən dövlət təsisatları ilə analoji Memorandumlar imzalayıb.
Xatırladaq ki, Anlaşma Memorandumu ilə bağlı razılaşma bu ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri zamanı əldə edilib.
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıbAzərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıbAzərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıbAzərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıbAzərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıbAzərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

Siyasi       Tarix: 27 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto

Oktyabrın 26-da Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı Dövlə

Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir

BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir və VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçiriləcəyinə ümid edir. Bu barədə BMT-nin Sivilizasiyalar Alyansını

3 ölkə rəsmisi Tehranda toplaşacaq

Məkkə Paktının iştirakçıları olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nümayəndələri bu gün regional koordinasiyanı müzakirə etmək üçün İran rəsmiləri ilə görüşəcəklər. reuters-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın

Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN

Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır.  xəbər verir ki, bun

Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb

Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə keçirilən güləş üzrə dünya çempionatında finala vəsiqə qazanan idmançılarımıza uğurlar arzulayıb. xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X"

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin

Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradanlar türk düşmənləridir. Bunlar molla rejiminin həm İrandakı, həm də Türkiyədəki tərəfdarlarıdır. Bu, İran əməliyyatıdır. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda bu moll

Vatican News'un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər. Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekt

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinləraras

Pezeşkan Rusiyaya getdi

İran Prezidenti Məsud Pezeşkian səkkizinci Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya gəlib. KONKRET.azTASS-a istinadən xəbər verir ki, səfər zamanı Pezeşkian sammitdə çıxış edəcək, Rusiy


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda xeber.az bu gun xeberler meherremlik 2026