Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto

Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - FotoOktyabrın 26-da Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı Dövlət Bağçalı ilə görüşüb.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, görüşdə qardaş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq əlaqələri, bu istiqamətdə indiyədək atılmış mühüm və tarixi addımlar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müstəqil və güclü siyasətə sahib Azərbaycan və Türkiyənin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində və türk dünyasının birliyinin möhkəmləndirilməsində aparıcı rol oynadığı, digər qardaş dövlətlər üçün nümunə və ilham mənbəyi olduğu vurğulanıb. Qarabağ Zəfərinin baş memarı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlətçilik siyasətinin Türkiyə tərəfindən hərtərəfli dəstəkləndiyi qeyd edilib.
Görüş zamanı TÜRKPA-nın 15-ci plenar iclasının uğurla başa çatması və Assambleyanın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri də müzakirə olunub. Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsində mühüm platforma olan TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə həyata keçirəcəyi təşəbbüslər, qardaş dövlətlər arasında sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Dövlət Bağçalı öz növbəsində, qardaş Azərbaycana və bütövlükdə türk dünyasına dəstəyini bir daha ifadə edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının vacibliyini vurğulayaraq, hər iki dövlətin müstəqil, güclü və qüdrətli ölkələr kimi inkişafının davam etdirməsinin bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını və digər qardaş dövlətlər üçün örnək olduğunu bildirib.
TÜRKPA-nın baş katibi Ramil Həsən türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə göstərdiyi dəstəyə, eləcə də iki ölkənin dövlət başçıları tərəfindən həyata keçirilən strateji siyasətə verdiyi yüksək dəstəyə görə Dövlət Bağçalıya təşəkkürünü bildirib. Baş katib TÜRKPA-nın bundan sonra da qardaş dövlətlər arasında müstəqil, güclü siyasətin həyata keçirilməsində parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunması və qanunvericilik sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini davam etdirəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin TÜRKPA baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto

Siyasi       Tarix: 26 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini hesab edir. xəbər verir ki, Paşinyan bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında bildirib. "Azərbaycanl

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərd

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib. APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib. Belə ki, Yuri Trutne

Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Qazaxıstanın Milli Günü münasibətilə qardaş Qazaxısta

Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıdakı tarixi Atəşgah məbədini ziyarət edib. xəbər verir ki, Cayşankar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Bakıdakı tarixi Atəşgah od məbədin

Vatican News'un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

Vatikanın informasiya agentliyi olan "Vatican News"da erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayılmasının qarşısı alına bilər. Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekt

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. KONKRET.azxəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendr

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler sou biznes butun xeberler idman xeberleri