Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb - Paşinyan
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
KONKRET.az Armenpress-ə istinadən xəbər verir ki, Nikol Paşinyan dostluq qrupunun üzvlərinin Ermənistana səfərini alqışlayıb və Ermənistanla bağlı gündəmə sadiqliklərinə görə onlara təşəkkür edib.
Tərəflər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıq, parlamentlərarası qarşılıqlı fəaliyyət, Fransa şirkətlərinin Ermənistandakı fəaliyyəti, investisiya proqramlarında iştirak, infrastruktur, kənd təsərrüfatı, enerji və digər sahələrdə layihələrin həyata keçirilməsi məsələlərinə toxunublar.
Cənubi Qafqazda baş verən proseslər də müzakirə olunub. Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına toxunub və 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində verilən bəyanatda müqavilənin prinsiplərinin razılaşdırıldığını vurğulayıb.
Regional infrastrukturların blokdan çıxarılması imkanları da müzakirə olunub. Nikol Paşinyan Ermənistan hökumətinin "Dünyanın kəsişməsi" layihəsini və onun prinsiplərini təqdim edib.
Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.Modern.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi