Azərbaycanlı biznesmen Moskva aeroportundakı mağazalarını itirib
Azərbaycanlı iş adamı Araz Mehdiyev Şeremetyevo aeroportunda ən böyük "duty free" mağazalarının operatoru olmaqdan çıxıb.
KONKRET.az oxu.az-a istinadən məlumatına görə, avqustun 25-də "Travel Retail Şeremetyevo" MMC-yə nəzarət şirkətə son iki ildə rəhbərlik edən Vitali Bavinə keçib. 2022-ci ildə yaradılan bu şirkət aeroportdakı "duty free" və "duty paid" mağazalarının böyük hissəsini idarə edir. Buraya "Max Mara", "Hugo Boss", "Swarovski" və digər butiklər daxildir.
2024-cü ildə şirkət gəlirini ikiqat artıraraq 12,4 milyard rubl (154 milyon dollar) həcmində dövriyyə əldə edib.
Bundan əvvəl Mehdiyev Domodedovo hava limanında da şirkətlərə sahib olub və "İmperial Duty Free"də paylara malik idi. Lakin 2025-ci ilin yaz və yay aylarında bu aktivlər Marşall adalarında qeydiyyatdan keçmiş ofşor şirkətlərə keçib.
Biznesmen həmçinin "Kiyevskaya ploşad" qrupu ilə əlaqələri ilə tanınırdı. O, 2018-ci ildə Qod Nisanov və Zarah İliyevə məxsus bir sıra şirkətlərdə pay əldə etmişdi. Həmin paylar əvvəllər iş adamı İlham Rəhimova aid olub. Lakin artıq 2019-cu ildə paylar yenidən Rəhimova qaytarılıb.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq