Azərbaycanlı gənc "Forbes" siyahısında

Azərbaycanlı gənc Azərbaycanlı gənc Günay İmanzadə dünyada məşhur biznes jurnalı olan "Forbes"in siyahısında yer alıb.
O, minlərlə gənc arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. Günay builki siyahıda yer alan yeganə azərbaycanlıdır. Jurnalın Avropa üzrə "Təhsil, biznes və digər sahələrdə sosial təsir" kateqoriyasında yer tutan həmyerlimiz "Metatesk" startapının təsisçisidir.
"Metatesk" startapı 6-14 yaşlı uşaq və yeniyetmələr üçün müasir və interaktiv onlayn təhsil platforması kimi fəaliyyət göstərir. Bu layihə ötən il "Silikon Vadisi Mentorluğu" proqramına seçilib.
Xatırladaq ki, Günay İmanzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ildə innovasiya sahəsi üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.
Günay İmanzadə Bakı Dövlət Universitetinin (BDU) məzunudur. 2017-ci ildə "Kimya" ixtisası üzrə (ingilis bölməsi) BDU-nun SABAH qruplarını bitirib.
2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi "İlin İKT sahibkarı" nominasiyasının qalibi olub. "Enthouse" layihəsinin həmmüəllifidir. Bu layihə "Texnofest" yarışması zamanı maraqla qarşılanıb və Türkiyə bazarına çıxış təklifi alıb. Layihə "Texnofest" Azərbaycan yarışmasında C kateqoriyası üzrə 1-ci yeri tutub. G.İmanzadə "ABB Startup Hackathon"un qalibi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi "İlin kəşfi" nominasiyasının finalçısı, "Microsoft for Startups" proqramının üzvü, "Google for Startups" akselerasiya proqramının iştirakçısıdır. "Roblox" şirkəti ilə təhsil sahəsində əməkdaşlıq edir.
2018-ci ildə İsveçrənin Federal Texnologiya Universitetində (EPFL- École polytechnique fédérale de Lausanne) çalışıb. 2019-2020-ci illərdə Çinin Beijing Beynəlxalq Məktəbində ("Beijing International School") elm istiqaməti üzrə tədris aparıb.
///Report

Sosial       Tarix: 14 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal bugun en sonxeber son xeberler azerbaycan son xeber.az