Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO
Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.
Azxeber.com modern.az-a istinadla xəbər verir ki, uzun illər Rusiyada həbsdə olan kriminal avtoritet, cinayət aləmində "Bərdəli Ruslan" kimi tanınan Ruslan Nəzərli müğənni xanımla evlənib.
Onun həyat yoldaşı "Kristal" qrupunun keçmiş solisti, gənc müğənni Həmidə Hüseynovadır.
Qeyd edək ki, "Bərdəli Ruslan" 2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasovu döydüyünə görə həbs olunmuşdu.
Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.
Ruslanın qardaşı Dadaş Nəzərli də kriminal aləmin tanınmış simalarındadır.
Ruslan və Dadaş qardaşları azərbaycanlı kriminal aləm nümayəndələri tərəfindən qəbul edilən avtoritetlərdir. Onlar mərhum "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilib.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib