Azərbaycanlı müğənninin arxiv görüntüləri üzə çıxdı -FOTO
Azərbaycan şou-biznesində "Şipşirin" ləqəbi ilə məşhurlaşan müğənni Elçin Cəfərovun arxiv görüntüləri üzə çıxıb.
Open.az xəbər verir ki, "Xəzər" telekanalında yayımlanan "Şən Bazar" səhər şousunda qonaq olan müğənniyə gözlənilməz sürpriz təqdim olunub.
Öncə efirdə Elçinin Xalq artisti Nazpəri Dostəliyeva ilə uşaqlıq fotosu yayımlanıb.
Proqramda qonaq olan müğənni Günay İbrahimli və məşhur idmançı Eduard Məmmədov E.Cəfərovun heç dəyişilmədiyini söyləyiblər.
Fotonun ardınca isə 1998-ci ildə el şənliklərindən birində çəkilmiş Elçinin arxiv videosu nümayiş etdirilib.
Görüntülərdə E.Cəfərov türk sənət dünyasının "imperatoru" sayılan İbrahim Tatlısəsin repertuarında yer alan "Anam" bəstəsini ifa edib.
Müğənni uşaqlıqdan İ.Tatlısəsin fanatı olduğunu və onun mahnılarına qulaq asdığını dilə gətirib.
Həmin görüntülər şou-proqramda iştirak edən qonaqlar tərəfindən maraqla qarşılanıb. (Oxu.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq