Azərbaycanlı "qanuni oğru"lar yenə savaşır: Quli klanının gəncəli "oğru" ilə düşmənçiliyinin səbəbi...

Azərbaycanlı "qanuni oğru"lar yenə savaşır: Quli klanının gəncəli "oğru" ilə düşmənçiliyinin səbəbi...Quli Bakinski ləqəbi ilə tanınan "qanuni oğru" Nadir Səlifovun avqustun 19-da öldürülməsindən sonra gözlənildiyi kimi, klana rəhbərlik onun qardaşına keçib. Namiq Səlifovun klana rəhbərlikdən sonra kriminal aləmdə öz sözünü deyəcəyi gözlənilən həmlə idi. Çünki illərdir ki, Namiq Bakinski kimi tanınan "qanuni oğru" Namiq Səlifov qardaşının öldürülməsindən sonra "boy göstərməli"idi.
Əvvala, ona görə ki, Qulinin yerdə qalmış qanı var və bu intiqamı almaq Namiq Səlifovun üzərindədir. İkincisi, Qulinin qəfil öldürülməsi onun biznes imperiyasını bölüşdürmək istəyənləri həvəsləndirib. Hətta onların sırasında Quliyə düşmən olanlar da var. Nəhayət, ölümündən əvvəl kriminal aləmdə çox sərt mövqe tutmuş Qulidən sonra klanın hansı mövqe sərgiləcəyi də maraq doğurur. Çünki kriminal aləmdəki dəngələri Qulidən də yaxşı mənimsəmiş Namiq Bakinskinin sərt xətt tərəfdarı olmadığı deyilirdi. Amma bu sırada əlbəttə ki, Qulinin düşmənləri yoxdur və klanın lideri də bu məsələdə barışıq olmayacağı mesajını artıq verib.
Quli və onun klanının əsas rəqiblərindən olan azərbaycanlı "qanuni oğru" Əli Heydərovun (Albert Rıjıy) titilundan məhrum edilməsi barədə bugünlərdə yayılmış "proqon" da məhz bu cür qiymətləndirilməlidir. Qeyd edək ki, Namiq Bakinski və rəhbərlik etdiyi qurplaşmaya daxil olan "qanuni oğru"ların imzaladağı "proqon"da qeyd edilir ki, Albert Rıjıy özünü "qanuni oğru" kimi təqdim etsə də, əslində Federal Təhlükəsizlik Xidmətinin adamıdır.
Musavat.com bildirir ki, Albert bu il iyunun 9-da Mari-Eldəki cəzaçəkmə müəssisəsindən heç kimin gözləmədiyi halda UDO (условно-досрочном освобождении-vaxtından əvvəl) ilə azadlığa buraxılıb. Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam etdi. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.
Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub. Albert Rıjıy ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib. Quli və Albert vaxtilə Ded Xasan klanı ilə yaxın əlaqələrə malik olublar.
2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adı hallanıb. Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer Qulinin qohumun sifarişi ilə guya Alberti öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub, amma bu sui-qəsd təsadüf nəticəsində baş tutmayıb. Sui-qəsdin sifarişçisi kimi Qulinin adının hallandırılması o zaman geniş müzakirəyə səbəb oldu. İddia edir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü Rusiyadakı polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.
Məhkəmə də sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəldi. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.
Quli həbsdən çıxdıqdan sonra "söhbətə" yenidən qayıtdı. 2018-ci ilin martında Quli Moskvada yerləşən "Medvedkovo" həbsxanasıında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. Quli Albert Rıjıya deyibmiş ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.
Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğru"ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Ancaq Albert həbsxanada "qanuni oğru" kimi tanındı və bu məsələdə Piterli "qanuni oğru"lar ona dəstək vediyi deyilirdi.
Qulinin qətlindən sonra Sankt-Peterburqdakı "Sofiya" topdansatış bazasına Albert Rıjiyın nəzarət edəcəyi barədə də xəbərlər vardı. Mümkündür ki, məhz bu xəbərlərin fonunda onun "qanuni oğru" olmadığı barədə "proqon" yayılıb.
Namiq Səlifov da 2014-cü ildə Alber Rıjiyı və ona yaxın adamlarla silahlı münaqişəyə girmişdi. Albert Edirnəyə Rövşən Lənkəranskinin "qanuni oğru" adı verdiyi Zaurla (Lotu Bayramın oğlu) gedib. Edirnədə Namiq və yanındakılar Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq "qanuni oğru" olmadığı elan edilib və döyülüb. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin Türkiyə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı olduğu müəyyənləşib. "Qanuni oğru"nun mühafizəsinin polis əməkdaşı çıxması yenidən Albertin adı üzərinə kölgə gətirib. Məlum proqonu yada salsaq, göründüyü kimi, "o kölgə" hələ də Albertin üzərindədir... /open.az

Hadisə       Tarix: 27 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda qadın ərini öldürdü

Bakının Yasamal rayonunda ailə-məişət zəminində 62 yaşlı kişi ağır xəsarətlər alıb. KONKRET.azteleqraf-a istinadla xəbər verir ki, hadisə Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb. Məlumat

Qəbələdə maşın 16 yaşlı piyadanı vurub

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rabil Abdullayev idar

Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü

Tovuz rayonunda kişi arvadını orta məktəbdə döyüb. -ınoxu.az-a istinadən məlumatına görə, hadisə şəhər ərazisindəki orta məktəblərdən birində baş verib. Rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Məmmədov (soyad şərtidir

Bakıxanovda sakinlər qazsız qalıb – Səbəb isə inanılmazdır

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin sakinləri səhər saatlarından etibarən qazsız qalıblar. xəbər verir ki, sakinlərin bildirdiyinə görə, problem hələ də aradan qaldırılmayı

Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi

Argentinalı futbolçu Lukas Trexonun ailəsi Venesueladakı zəlzələdə faciəvi şəkildə həlak olub. KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, 74 saatlıq fasiləsiz axtarışlardan sonra 38 yaşlı müdafiəçinin xanımı və ik

Cəlilabadda ev yandı

Cəlilabadda fərdi yaşayış evi yanıb. xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi tamamilə yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

Bakı metrosunda gərgin anlar

Bakı metropolitenində nasazlıq yaranıb. -a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza məlumat daxil olub. Bildirilib ki, qatar 10 dəqiqəyə yaxın "Gənclik" stansiyasında dayanıb və hərəkət etməyib. Bununl

Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları

İmişli sakini Xələf Fərəcovun oğlu tərəfindən qətlinin sifarişi edilməsi ilə bağlı daha bir nəfərin məhkəmə prosesi başa çatıb. KONKRET.azxəbər verir ki, sözügedən hadisəyə görə məsuliyyətə cəlb olunan dördüncü şəxs – Vüsa

Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib. APA-ya istinadən bildirir ki, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırd


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar axsam.az xeberler son xabar son xeberler 2026