Azərbaycanlı səfir: "Düşmən yaşayış massivlərini hədəfə almaqla öz faşist mahiyyətini nümayiş etdirir" - FOTO

Azərbaycanlı səfir: "Düşmən yaşayış massivlərini hədəfə almaqla öz faşist mahiyyətini nümayiş etdirir" - FOTOAzərbaycanlı səfir: "Düşmən yaşayış massivlərini hədəfə almaqla öz faşist mahiyyətini nümayiş etdirir" - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqı öz müzəffər ordusu ilə birlikdə tarixinin yeni səhifələrini işğalçı düşmən üzərində qələbənin tarixini yazır.
"TRİBUNA" xəbər verir ki, bu sözləri Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsü Osmanov "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bildirilib ki, əsgərlərimiz öz torpaqlarını addımbaaddım işğaldan azad edirlər. Bu torpaqların əsl sahibləri - təqribən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün çox keçmədən öz yurd-yuvalarına qayıdacaqlar. Az qala 30 il torpaqlarımızı işğal altında saxlayan düşmən Azərbaycan ordusunun qüdrətini döyüş meydanında görür və məğlubiyyətə uğrayır. Biz öz torpaqlarımızda vuruşuruq, öz torpaqlarımızı müdafiə edirik və bunu bütün dünya ictimaiyyəti etiraf edib.
Qeyd olunub ki, hər bir kəndin, hər bir şəhərin, strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, hünər, igidlik və qəhrəmanlıq tələb edir:
"Bizim hərbçilərimiz məhz bu keyfiyyətləri nümayiş etdirirlər. Onlar doğma torpaqların müdafiəsi naminə canlarından keçirlər. Məkrli düşmən yaşayış məntəqələrimizi müntəzəm atəşə tutur, cəbhəyanı şəhərlərimiz, kəndlərimiz hər gün atəşə məruz qalır. Belə alçaqcasına edilən hücumlardan ən çox Tərtər rayonu, Ağdam, Goranboy, Ağcabədi, Bərdə əziyyət çəkir. Lakin qaniçən işğalçılar bununla da kifayətlənmirlər. 
Əhalinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri, döyüş meydanından uzaqda yerləşən Gəncənin amansızcasına raket atəşinə tutulması nəticəsində dinc sakinlər – uşaqlar, qadınlar, qocalar həlak olublar. Düşmən hərbi obyektləri deyil, yaşayış massivlərini hədəfə alır və bununla öz faşist mahiyyətini nümayiş etdirir. Onlar Cenevrə Konvensiyasını pozaraq, bütün dünyanın gözü qabağında mülki əhaliyə qarşı cinayət törədirlər. Azərbaycanın dinc şəhərləri istiqamətində ballistik raketlər buraxılır – bu gün Qəbələ, Siyəzən və Kürdəmir ballistik raket hücumuna məruz qalıb".
Vurğulanıb ki, Azərbaycanın öz doğma torpaqlarını necə bir məkrli və quduz düşməndən xilas etdiyini bütün dünya görür:
"Onlar düşünürdülər ki, biz qisas alacağıq və eynən bu şəkildə onlara cavab verəcəyik. Lakin Azərbaycan Ermənistanın dinc əhalisinə toxunmayacaq, onların səviyyəsinə enməyəcək və üçüncü tərəflərin münaqişəyə cəlb olunması ilə bağlı məkrli planlarının həyata keçməsinə yol verməyəcək. Biz onlara döyüş meydanında cavab verdik və bunu etməkdə davam edəcəyik. Tam bir sıra şəhər və kəndlər artıq düşmən tapdağından azad edilib. Hər gün şad xəbərlər gəlir. Hər gün bayrağımız işğaldan azad edilmiş növbəti yaşayış məntəqəsi üzərində dalğalandırılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının qüdrəti. Bu torpaqlar xalqımıza məxsusdur, bu torpaqlar Azərbaycandır! Qarabağ Azərbaycandır!"
Azərbaycanlı səfir: "Düşmən yaşayış massivlərini hədəfə almaqla öz faşist mahiyyətini nümayiş etdirir" - FOTO

Siyasi       Tarix: 22 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda xeber.az hava son xəbər