Azərbaycanlı xanımın gürcü baş nazirə dəhşətli məktubu yayıldı

Azərbaycanlı xanımın gürcü baş nazirə dəhşətli məktubu yayıldıGürcustan vətəndaşı olan azərbaycanlı fəal Samirə Bayramova İrakli Kobaxidzeyə açıq məktub yazıb.
KONKRET.az bakupost.az-a istinadən xəbır verir ki, sosial şəbəkələrdə geniş yayılan və müzakirələrə səbəb olan məktubu təqdim edir:
"Əslində yaşca çox böyük də deyilik, demək olar ki, sizinlə həmyaşıdam.
Mən Gürcüstanda, Rusiya imperiyasının dağılmasından bir gün sonra elə Rusiya doğum şəhadətnaməsi ilə doğulmuşam. Erkən uşaqlığım azad Gürcüstanın ilk ağır illərində keçdi. Kvemo Kartlidə mənim uşaqlıq dövrümdə "Mxedrioni" dəstələri hər gün azərbaycanlıları "Gürcüstan gürcülər üçündür" şüarı ilə təhdid edirdilər. Bunu valideynlərimin danışdıqlarından xatırlayıram.
Sonra Şevardnadze dövründə uşaqlığım elə keçdi ki, nə uşaq bağçası var idi, nə də hüzurumuz. Amma yenə də nəsə xoş xatirələrim qaldı. Mənim uşaqlığım o zamankı hökumətə bənzəyirdi: dava-dalaş, itaətsizlik və daimi mübahisələr. Qız olmağıma baxmayaraq, mən də kiçik və qorxmaz bir "kriminal" idim – bu, həmin vaxt sağ qalmağın yeganə yolu idi.
O vaxt ailəm hər şeyini satıb həmişəlik Rusiyaya köçmək fikrində idi. Bir çox qohumumuz 1991-ci ildən bəri qorxu içində ölkəni tərk edirdi, amma biz nədənsə getmədik. Nə baş verdiyini xatırlamıram, niyə qaldıq bilmirəm.
Məktəbi bitirənə qədər kim olduğumu və nəyi təmsil etdiyimi bilmirdim. Mənim üçün həlledici məqam valideynlərimin ali təhsil üçün Azərbaycana göndərməyi planlaşdırdıqları zaman baş verdi. O vaxta qədər bütün qohumlarım məktəbi bitirən kimi Azərbaycana gedir, orada ailə təhsil alır, ailə qurur və bir daha geri qayıtmırdılar. Amma mənim dövrümdə orada həyat çox baha olmağa başladı, ona görə də Gürcüstanda ali təhsil almaq barəsində düşündük.
Valideynlərim Marneulidəki kolleclərdən birini düşünürdülər, lakin mən məktəbdə çox yaxşı oxuyurdum və dərslərindən "2" alan qonşularımla eyni kollecdə oxumaq istəmirdim. Buna görə Tiflisi seçdim. O vaxt nələr yaşandığı barədə indi heç nə yazmaq istəmirəm.
Tiflisdə mənim üçün yeni həyat başladı. Gürcüstanı tanımağa və inteqrasiya olmağa başladım. Dili öyrənmək, mədəniyyəi tanımaq və universitet həyatına alışmaq çox çətin idi. Elə təsəvvür edin ki, başqa bir ölkəyə köçmüşdüm.
Mənim aktivizm fəaliyyətim 2009-cu ildən başladı. Məqsəd etnik azərbaycanlılara yol açmaq, onlara harada yaşadıqlarını, kim olduqlarını öyrətmək və mərkəzi hökumətin onların ehtiyacları barədə məlumatlı olmasını təmin etmək idi. Biz vətənimizin harada olduğunu, hansı hüquq və vəzifələrimiz olduğunu bilməliydik. İndi isə siz mənə bu fəaliyyətimə görə "agent" kimi baxırsınız.
Bu proses çox çətin idi. Bu günə qədər icmanın önündə durmaq, ilk addımları atmaq həmişə böyük cəsarət və güclü iradə tələb edirdi. Narahat idim, amma heç vaxt qorxmurdum, yorulurdum, amma heç vaxt ümidimi itirmirdim. Qəzəblənirdim, amma geri çəkilmək nədir bilmirdim. Bütün bunları ona görə yazıram ki, sizin və mənim aramızda olan imtiyaz fərqini və Gürcüstanın digər vətəndaşlarının ümumi vəziyyətini daha yaxşı başa düşəsiniz.
Daima ümid etdim ki, ölkəmiz bizi bərabərhüquqlu vətəndaş kimi qəbul edəcək. Gürcü xalqı bunu bacardı – biz bir cəmiyyət olaraq bir-birimizi sevməyi və dəstəkləməyi bacardıq. Lakin bu günə qədər heç bir hökumətin bizi bütöv, tamhüquqlu vətəndaş kimi tanıdıqlarını müşahidə etmədim. Həmişə bir "digər bənd" mövcud idi. Buna görə mən də gürcü xalqının yanında olmağı seçdim, sevgi və qəbul olunmağı orada tapdım.
Məndən soruşurlar: "Gürcü dilini necə öyrəndin?" Çox əziyyət çəkdim, pul ödəyirdim və öz gücümlə çalışırdım. Bu gün də yeni nəsil üçün heç nə dəyişməyib – gürcü dilini öyrənmək başqa ölkə vətəndaşları üçün olduğu kimi, bu gənclər üçün də pulludur. Bəli, eyni pasportumuz var, amma siz imtiyazlısınız, mən isə yox.
2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılanda məndən soruşdular: "Niyə Gürcüstanda belə aktivlik edirsən, nə istəyirsən?" Dedim ki, Gürcüstan vətəndaşıyam və bu mənim hüququmdur. Qarşımda duran adam kinayə ilə gülümsədi. O vaxt DTX rəisi korrupsioner Leluaşvili idi, o, ancaq pul yığırdı, məsələ onun üçün önəmli deyildi. Bəs indi nə baş verir?
Marneuli (Borçalı) meriyasını diskriminasiyaya görə məhkəməyə verəndə başlandı: "Sən kimsən, harada, kimdən nə tələb edirsən?"
Məhkəmədə hakim də məndən soruşdu: "Ümumiyyətlə, nə istəyirsən?" Dedi ki, Azərbaycanda hər şey bərabər bölünür. O zaman da dövlətin "buradayam, səni qoruyuram, sən mənim vətəndaşımsan" deyən dəstəyini hiss etmədim. Susdunuz!
Mariam Caşinin çıxışını da xatırlayıram. O bildirmişdi ki, Azərbaycanda yaşayan gürcülərin təhsil və digər sahələrdəki hüquqları Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları ilə eyni olmalıdır. Bununla yanaşı, bu problemlərin diplomatik danışıqlar və ikitərəfli əməkdaşlıq yolu ilə həll edilməsi ideyasını irəli sürdü. Gürcüstan vətəndaşlarının hüquqları başqa bir ölkənin siyasi münasibətləri ilə əlaqəli olmamalıdır. Etnik azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və onların hüquqlarının qorunması gürcü dövlətinin məsuliyyətidir; onların problemləri Azərbaycanda yaşayan gürcülərlə "balanslaşdırılmamalıdır".
Bir nəfər məni ölümlə hədələyirdi, bütün radikallar məni alçaltmağa başladı. Etnik, dini və gender zəminində diskriminasiya başladı, amma bu günə qədər bir nəfər də olsun, həbs edilməyib. Gürcüstan dövləti, parlamenti, hüquq-mühafizə orqanları – vətəndaşların hüquq və təhlükəsizliyini qorumalı olan bütün qurumlar bu diskriminasiyaya hələ də göz yumur.
Bütün cəhdlərimə baxmayaraq, mənim hüquqlarım, səsim və bir tamhüquqlu vətəndaş kimi varlığım rəsmi olaraq tanınmır.
Dmanisidə (Başkeçid) baş verən münaqişə zamanı o zamankı daxili işlər naziri dedi ki, "biz bu məsələni Azərbaycanla həll edəcəyik" və bununla da bitdi. Belə neçə hadisə bilirik – həmişə bu cür hallar hüquqi norma olmadan bağlanır.
Hökumət bizimlə danışmır. Bütün məsələləri başqa ölkələrin yüksək vəzifəli şəxsləri ilə həll edir. Belə olan halda mən kiməm? Heç kim? Sual yaranır: Heç kimdən hansı tanınmanı gözləyirsiniz? Yoxsa bütün bunlardan xəbərsizsiniz?
İldə bir dəfə Marneuliyə (Borçalıya) qonaq gəlirsiniz və sizi burada başqa ölkənin vətəndaşı qonaq edir. Bu, siyasi cəhətdən çox pis bir hadisədir – sən nəzarət edə bilmirsən, region haqqında təkbaşına qərar verə bilmirsən, mer və ya deputat namizədini təkbaşına təqdim edə bilmirsən. Seçkiləri qonşu ölkələrin iştirakı olmadan qazana bilmirsən. Sənin ölkəndə vətəndaşlarının 20%-i ağır vəziyyətdə sizə yox, başqa ölkənin baş nazirinə həmrəylik nümayiş etdirirsə, bu barədə nə düşünürsünüz, cənablar?
Kriminallaşdırılmış qanunda mənim üçün yenə "digər bənd"iniz var? Heç olmasa bunu öncədən bilək!
Və sonda, mən illərdir qadınlara və uşaqlara qarşı zorakılıq mövzusunda işləyirəm və bu "tanınma" məsələsini nədənsə belə formalaşdırdım:
"Bizdə balaca qızları qaçırırlar və sonra zorlayırlar ki, təcavüzkarı "həyat yoldaşı" kimi tanımağa məcbur olsunlar və geri qayıtmağa yolları qalmasın. İndi mən özümü məhz belə hiss edirəm".

Siyasi       Tarix: 20 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri