Azərbaycanlılar İrəvanda ev alacaq - Paşinyanın xəritəsi erməniləri qorxudur
Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim etdiyi "sülhün kəsişməsi" layihəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.
KONKRET.azxəbər verir ki, Paşinyanın bu layihəsi Zəngəzurdan dəhliz verməyin qarşısını almaq, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmaqdır.
Erməni hüquq müdafiəçisi Avetik İxşanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100 faiz Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.
"Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100 faiz dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək", – İxşanyan iddia edib.
Erməni ekspert Karen İgityan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək.
Qeyd edək ki, erməni ekspertlər Paşinyanın təqdim etdiyi layihəni tənqid etsə də, burada İrəvanın əsas hədəfi düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq, kommunikasiyanın açılması məsələsində yurisdiksiya prinsipinə nail olmaq, yəni Ermənistandan keçəcək nəqliyyat yollarına nəzarəti itirməməkdir. (Publika.az)

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ