Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələBugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Özbəkistana səfəri baş tutdu və Azərbaycan lideri qardaş ölkədə böyük qonaqpərvərlik və ehtiramla qar-şılandı. İki qardaş ölkənin dövlət başçılarının qeyd etdiyi kimi, bu, böyük tarixi səfər oldu və yüz illərlə Azərbaycan və özbək xalqlarının yaddaşında yaşayacaq. 
Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imza-lanmış sənədlərin əhatəsi, həqiqətən də, səfərin ikitərəfli münasibətlərin inkişa¬fında tarixi əhəmiyyət daşıdığını, əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını nümayiş etdirir.
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forum çərçivəsində xeyli sənəd imzalanıb. Onların ümumi sayı iyirmiyə yaxındır. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.
Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.
Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.
Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.
Azərbaycan Ordusunun gücünü təcəssüm etdirən və Azərbaycanın qəti qələbəsi ilə başa çatmış Azərbaycan və Ermənistan arasındakı "44 günlük müharibə" və ya "Vətən müharibəsi", Müzəffər Ali Baş Komandan-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında həyata keçirilən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı idi. Erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu və siyasətinin əsas prioritetlərindən biri idi. Ömrünü Azərbaycanın müstəqilliyinə və dövlət quruculuğuna həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdəki uzunmüddətli fəaliyyətinin əsas məqsədini Azərbaycanın ərazi bütövlüyünün bərpası təşkil edirdi. Ulu Öndər bu xüsusda həmişə vurğulayırdı ki, "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal altında olan torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir". Belə ki, Ümummilli Lider müxtəlif vaxtlarda öz çıxışlarında "Şuşasız Qarabağ olmaz, Qarabağsız Azərbaycan ümumiyyətlə yoxdur"- demişdir. Odur ki, Ulu Öndər, bu müqəddəs vəzifəni "44 günlük müharibə" nəticəsində Azərbaycan torpaqlarını erməni işğalından azad etməklə ata vəsiyyətini həyata keçirməyə nail olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vəsiyyət etmişdir. 
Azərbaycan lideri ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi günlərdə özbək xalqının və Özbəkistan Prezidenti¬nin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etdi. Bildirdi ki, azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər.
Naftalan şəhər sakini Kəmalə Hüseynova

Siyasi       Tarix: 23 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun futbol xeberleri en son xeberleri ən son xəbər