Azercell "Bakı Marafonu 2026"nın eksklüziv tərəfdaşıdır
3 may 2026-cı il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və "Azercell Telekom" MMC-nin eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2026" keçiriləcək.
azxeber.com xəbər verir ki, ölkənin idman təqvimində xüsusi yer tutan layihə bu il də minlərlə iştirakçını bir araya gətirərək sağlam həyat tərzinin təşviqi və ictimai həmrəyliyin gücləndirilməsi məqsədinə xidmət edəcək.
"Küləyə qalib gəl" şüarı altında keçirilən doqquzuncu Bakı Marafonu ilk dəfə 42 km tam məsafədə təşkil olunacaq. Yarış Dövlət Bayrağı Meydanından start götürəcək və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar. Marşrut boyunca 10 km və 21 km məsafələr üçün də ayrıca finiş xətləri nəzərdə tutulub.
Qeydiyyat prosesi Gənclik Mall, 28 Mall və Dəniz Mall-da fəaliyyət göstərən xüsusi məntəqələrdə, eləcə də www.marathon.az platforması üzərindən onlayn qaydada aparılır. Tələbələr üçün iştirak ödənişsizdir. Qeydiyyat üçün son tarix 25 aprel 2026-cı ildir.
"Azercell Telekom" MMC 2017-ci ildən etibarən layihənin baş sponsoru və eksklüziv tərəfdaşı qismində çıxış edir. Şirkət hər il olduğu kimi, 2026-cı ildə də rəhbər heyətin, əməkdaşların və korporativ tərəfdaşların iştirakı ilə marafona fəal dəstək verəcək, idman və sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfəsini davam etdirəcək.
Xidmetler [newsid: 0-123300]

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur