Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirildi - FOTOLAR

Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş keçirildi - FOTOLARMəktəblilər mobil operatorun Şəbəkə Texnologiyası departamenti ilə tanış olublar
"Azercell Telekom"-un İnsan Kapitalının İdarə Edilməsi departamenti ADA Məktəbinin müəllim və şagird heyəti ilə görüş təşkil edib. ADA Məktəbinin 11-ci sinif şagirdləri ölkənin aparıcı mobil operatorunun Şəbəkə Texnologiyası departamenti ilə tanış olub, onun iş prinsinipini izləmək imkanı qazanıblar. Tədbir zamanı məktəblilər Azercell-in şəbəkə əhatə dairəsi və xidmətin keyfiyyəti ilə bağlı araşdırmalarını təqdim edib, öz müşahidələri ilə bölüşüblər. Bu, şagirdlər üçün müxtəlif mənbələrdən öyrəndikləri nəzəri bilikləri real telekommunikasiya mühitində təqdim etmək və dəyərli təcrübə qazanmaq baxımından önəmli bir imkan olub.
Azercell-in Şəbəkə Texnologiyası departamentinin Şəbəkənin keyfiyyətinə nəzarət və hesabat bölümünün rəhbər və mütəxəssisləri artıq məktəb yaşlarından bu sahəyə maraq göstərən gənclərə dəstək olmaq məqsədilə məktəblilərə işlərini təkmilləşdirmək və bacarıqlarını artırmaq üçün müəyyən istiqamətlər və tövsiyələr veriblər. Şagirdlərə "STARTAP nədir" mövzusunda sessiya təqdim olunub, startapların ən son tendensiyaları, onların müxtəlif istiqamət və imkanları ilə bağlı sualları cavablandırılıb. Mövzü ilə bağlı şagirdlərə öz bacarıqlarını daha da inkişaf etdirməyə imkan verən qrup çalışması keçirilib. 
Azercell Plazada şagirdlər üçün həmçinin ekskursiya proqramı da təşkil olunub. Məktəblilərə bençmark və drayv-test avadanlıqları əyani şəkildə göstərilib və onların işləmə prinsipi izah olunub, şagirdləri maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanlamaq imkanı yaradılıb. Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib. 

/ azxeber.com

İqtisadiyyat       Tarix: 20 may 2023
f Paylaş

Oxşar xəbərlər

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar axsam.az xeberler idman xeberleri