Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir.
Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikdə 12 ədəd iPhone 17 Pro smartfonu, 2 ədəd Toyota Corolla Cross avtomobili və "28 May" metro stansiyasının yaxınlığında yerləşən tam təmirli 2 otaqlı mənzil qazanmaq şansı əldə edəcəklər.
Fakturalı xətt abunəçiləri arasında ilk tiraj 30 noyabr, növbəti tiraj isə 30 dekabr 2026-cı il tarixində keçiriləcək. Hər tirajda 6 ədəd iPhone 17 Pro (256 GB) smartfonu və 1 ədəd Toyota Corolla Cross avtomobili oynanılacaq. Dekabrın 30-da baş tutacaq Yekun Meqa tirajda isə mənzilin qalibi müəyyənləşəcək.
Lotereyada iştirak etmək olduqca asandır. Fakturalı xətt abunəçiləri Azercell tətbiqinin "Lotereya" bölməsindən və ya 3035 qısa nömrəsinə START yazıb SMS göndərməklə pulsuz qoşula bilərlər.
Abunəçilər gündəlik istifadə etdikləri Azercell-in məhsul və xidmətlərindən yararlanmaqla, balanslarını artırmaqla, eyni zamanda "Azercell" tətbiqindən xüsusi şans paketləri əldə etməklə lotereya şanslarının sayını artıra bilərlər. Faktura məbləğindən asılı olaraq 5 dəfəyədək əlavə şans qazanmaq mümkündür. Qazanılmış şansların tirajda iştirakını təmin etmək üçün hesab-faktura təqdim edildiyi tarixdən etibarən 21 təqvim günü ərzində tam ödənilməlidir.
Yekun Meqa tirajda həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin əvvəlki tirajlarda hədiyyə qazanmamış şansları da iştirak edəcək. Beləliklə, əvvəlki tirajlarda uduş əldə etməyən şanslar da mənzil üzrə keçiriləcək son tirajda iştirak edəcək.
Lotereyanın şərtləri, iştirak qaydaları və hədiyyələr barədə ətraflı məlumatla Azercell-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Çoxlu şans topla, hədiyyə qazan! / azxeber.com

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir